
Azərbaycan Çinə fındıq və badam ixrac edəcək - FOTO
"Azərbaycan Çinə fındıq və badam ixrac edəcək".
"Azərbaycan Çinə fındıq və badam ixrac edəcək".
Gundem.today xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun açılış mərasimində deyib.
O bildirib ki, ölkədə ən vacib məsələlərdən biri də heyvan sağlamlığının təmin olunmasıdır:
"Azərbaycan quş qripindən və xırdabuynuzlu heyvanların taundan azad ölkə elan olunması bu sahədə olan məhsulların dünyanın bir çox ölkəsinə ixracına gətirib çıxarıb. Eyni zamanda balıqlar və kürülər haqqında da eyni şeyi deyə bilərik. Dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixracı uğurla həyata keçirilir.
Qida və ərzaq təhlükəsizliyi baxımından önəmli məsələlərdən biri heyvanların identifikasiyasını həyata keçirməkdir. Bunun həyata keçirilməsi heyvanların idxal zamanı və ölkə ərazisində izlənməsinə imkan verəcək. Qida təhlükəsizliyinin beynəlxalq standartlara uyğunlaşdırılması Çin kimi ölkəyə çıxış əldə etməyə imkan yaradıb. Beləliklə, biz Çinlə badamın və fındığın ixracı ilə razılıq əldə etmişik. Bir sıra ərzaq məhsulların ixracı istiqamətində işlər aparılır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatNazir: "Yağışlar taxılçılığa müsbət, meyvəçiliyə mənfi təsir edə bilər"
"Bu il yağışların bolluğu taxılçılıq sektoruna müsbət təsir edəcək".
İqtisadiyyatBakıda üç sərgi və forum keçirilir - FOTO
Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçirilir.
İqtisadiyyatİranın BƏƏ-yə hücumu fonunda neft bahalaşdı
İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Fars körfəzindəki gəmilərə etdiyi hücumlar səbəbindən dünya bazarında neftin qiyməti təqribən 6% bahalaşıb.
İqtisadiyyatSOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər
SOCAR-ın vitse-prezidentləri Babək Hüseynov, Arzu Cavadova, Ziba Mustafayeva və İsmayıl Zərgərli UBOC tərəfindən istismar olunan "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər.