
Nərgiz Şərifovaya yüksək vəzifə verildi - FOTO
Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.
Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.
Gundem.today xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, N.Şərifova 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. 2004-2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra şöbə müdiri vəzifələrində çalışıb.
2016-2020-ci illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri olaraq fəaliyyət göstərib.
2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) birinci uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.
N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR - FOTO
"WUF13 tədbirində nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədilə yaradılan zolaqlardan yalnız tədbirdə iştirak edən şəxslərin daşınmasını həyata keçirən nəqliyyat vasitələri istifadə edə biləcək".
CəmiyyətWUF13 zamanı Bakıya girişdə məhdudiyyətlər olacaq? - RƏSMİ AÇIQLAMA - FOTO
"WUF13 ərəfəsində xüsusilə açılış günündə əlavə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi lazım olarsa, bəzi yollarda istiqamətlər dəyişə bilər".
CəmiyyətWUF13 üçün ictimai nəqliyyatda hansı yeniliklər tətbiq ediləcək?
"WUF13 tədbirində 113 km olan avtobus zolağından tədbir avtobusları istifadə edə biləcəklər".
CəmiyyətWUF13 üçün ictimai nəqliyyatda hansı yeniliklər tətbiq ediləcək? - VİDEO
"WUF13 tədbirində 113 km olan avtobus zolağından tədbir avtobusları istifadə edə biləcəklər".