Son dəqiqə
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜHörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədiİstirahət günü hava necə olacaq? - 19.04.2026Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi - Şövkət MəmmədovaTarixin səssiz şahidləri - FOTOPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Kompensasiya yalnız maddi ödəniş deyil - Məsuliyyətin tanınması və legitimliyin bərpasında Azərbaycan nümunəsi
Kompensasiya yalnız maddi ödəniş deyil - Məsuliyyətin tanınması və legitimliyin bərpasında Azərbaycan nümunəsi
Siyasət

Kompensasiya yalnız maddi ödəniş deyil - Məsuliyyətin tanınması və legitimliyin bərpasında Azərbaycan nümunəsi

15 aprel 2026
21:00
0 baxış
Paylaş:

Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli

Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.

Mövzu ilə bağlı Gundem.today-a danışan siyasi şərhçi Züriyə Qarayeva bildirib ki, AZAL təyyarəsinin qəzası ilə bağlı kompensasiya məsələsinin həlli ətrafında formalaşan nəticə yalnız texniki və ya hüquqi bir qərar kimi deyil, daha geniş siyasi kontekstin məhsulu kimi dəyərləndirilməlidir.

O vurğulayıb ki, burada əsas məqam ondan ibarətdir ki, tərəflər ən həssas və potensial olaraq münasibətləri gərginləşdirə biləcək bir hadisəni açıq qarşıdurma müstəvisinə keçirmədən, nəzarətli diplomatik kanal daxilində idarə edə bildilər:

"Bu isə göstərir ki, regionda güc balansı təkcə sərt vasitələrlə deyil, eyni zamanda idarə olunan dialoq mexanizmləri ilə də formalaşır. Azərbaycanın sərgilədiyi mövqe klassik reaktiv siyasətdən fərqli olaraq, əvvəlcədən müəyyən edilmiş prinsipial çərçivə daxilində ardıcıl və məqsədyönlü davranış modeli kimi çıxış etdi və nəticədə məsələ emosional ritorikadan uzaq, konkret nəticəyə fokuslanan prosesə çevrildi. Eyni zamanda, bu hadisə dövlət-vətəndaş münasibətlərinin praktik müstəvidə necə qorunduğunu göstərən mühüm presedent kimi çıxış edir. Kompensasiya mexanizminin əldə olunması sadəcə maddi zərərin ödənilməsi deyil, məsuliyyətin tanınması və legitimliyin bərpası anlamına gəlir. Bu isə həm daxili auditoriyaya, həm də beynəlxalq mühitə ünvanlanan mesajdır ki, dövlət öz vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün yalnız bəyanatlarla deyil, nəticə verən siyasi alətlərlə hərəkət edir. Nəticə etibarilə, bu proses Azərbaycanın xarici siyasətində formalaşan daha geniş yanaşmanın, yəni prinsipiallıqla praqmatizmin paralel tətbiqinin konkret nümunəsi kimi qiymətləndirilə bilər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#AZAL#təyyarə_qəzası#Aktau#kompensasiya#Embraer_190#Azərbaycan-Rusiya_münasibətləri#Düşənbə_görüşü#diplomatiya#hava_hücumundan_müdafiə#aviasiya_təhlükəsizliyi#Züriyə_Qarayeva#xarici_siyasət#praqmatizm#prinsipiallıq#beynəlxalq_hüquq#dövlət_məsuliyyəti#kompensasiya_razılığı

Oxşar Xəbərlər

Elçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Siyasət

Elçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"

"Türk Dövlətləri Təşkilatı (TDT) qarşılıqlı əlaqəlilik layihələrinin koordinasiyası platforması kimi getdikcə daha mühüm rol oynamağa başlayır".

Bu gün
12:260
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRSiyasət

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏR

Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edib.

Bu gün
12:230
Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTOSiyasət

Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini Andrea Korao Faria ilə görüşüb.

Bu gün
12:110
Elçin Əmirbəyov: "Ermənistanla de-fakto sülh şəraitində yaşamağımız yeni fürsətlər açır"Siyasət

Elçin Əmirbəyov: "Ermənistanla de-fakto sülh şəraitində yaşamağımız yeni fürsətlər açır"

"Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır".

Bu gün
11:300