
Kral III Çarlzın britaniyalıların 200 il əvvəl Ağ Evi yandırması barədə zarafatı gülüşə səbəb oldu - VİDEO
Böyük Britaniya Kralı III Çarlz Ağ Evdə keçirilən dövlət qəbulunda çıxış edərək, Britaniya ordusunun ABŞ prezidentlərinin rəsmi iqamətgahını yandırmasını kiçik bir abadlıq cəhdi kimi qələmə verib və bu barədə zarafat edib.
Böyük Britaniya Kralı III Çarlz Ağ Evdə keçirilən dövlət qəbulunda çıxış edərək, Britaniya ordusunun ABŞ prezidentlərinin rəsmi iqamətgahını yandırmasını kiçik bir abadlıq cəhdi kimi qələmə verib və bu barədə zarafat edib.
Gundem.today xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bildirilib ki, Monarx ABŞ Prezidenti Donald Trampın salamlama nitqindən sonra söz alıb. O qeyd edib ki, Ağ Evin Şərq qanadının rəqs zalı tikmək məqsədilə tamamilə sökülməsi onun diqqətindən yayınmayıb.
"İcazənizlə qeyd edim ki, demokratiyanızın qəlbi olan bu möhtəşəm binada yenidən olmaq mənim üçün xüsusi bir zövqdür. Fürsətdən istifadə edərək, cənab Prezident, ötən il Vindzor qəsrinə etdiyiniz səfərdən sonra Şərq qanadında baş verən dəyişiklikləri görməyə bilməzdim. Təəssüflə bildirməliyəm ki, biz britaniyalılar, əlbəttə, 1814-cü ildə Ağ Ev binalar kompleksində özümüzə məxsus kiçik bir abadlıq işi həyata keçirməyə cəhd etmişdik", - deyə qonaqların gülüşləri altında III Çarlz bildirib.
Xatırladaq ki, 1814-cü ildə İngiltərə-Amerika müharibəsi (1812-1815) zamanı Britaniya ordusu Vaşinqtonu ələ keçirərək prezidentin iqamətgahını tamamilə yandırıb.
Qeyd edək ki, III Çarlz aprelin 27-də ABŞ-yə dövlət səfərinə gəlib. Bu, 2007-ci ildən bəri Britaniya monarxının Birləşmiş Ştatlara etdiyi ilk dövlət səfəridir. Kralın səfəri aprelin 30-dək davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp İrana qarşı uzunmüddətli blokada planı hazırlamağı tapşırdı
ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İrana qarşı uzunmüddətli blokada planını hazırlamaq barədə tapşırıq verib.
Dünyaİran səfiri: "Müharibənin zərərlərini Hörmüz boğazından keçən gəmilərdən aldığımız rüsumlarla qarşılayacağıq"
"ABŞ Prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, İran təslim olmayacaq və təzyiq altında heç bir müzakirəyə getməyəcək".
DünyaBMT: "İşlə bağlı psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur"
İş mühitindəki psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur.
DünyaNeandertalların yoxa çıxması ilə bağlı yeni elmi faktlar
Uzun müddət hesab olunurdu ki, neandertallar beyin quruluşlarının kifayət qədər inkişaf etməməsi səbəbindən təkamül yarışında məğlub olublar.