
Kruiz gəmisində hantavirus yayıldı: Ölənlər var
Argentina - Kabo-Verde marşrutu üzrə hərəkət edən "MV Hondius" kruiz gəmisində ehtimal olunan hantavirusun yayılması nəticəsində azı üç nəfər ölüb.
Argentina - Kabo-Verde marşrutu üzrə hərəkət edən "MV Hondius" kruiz gəmisində ehtimal olunan hantavirusun yayılması nəticəsində azı üç nəfər ölüb.
Gundem.today xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyinə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, təşkilat Atlantik okeanında üzən kruiz gəmisində baş verən vəziyyətlə bağlı məlumatlandırıldıqdan sonra dəstək göstərir.
"Altı yoluxmuş şəxsdən üçü həyatını itirib, bir nəfər isə hazırda Cənubi Afrika Respublikasında reanimasiya şöbəsindədir", - deyə o bildirib.
Qeyd olunub ki, hazırda gəmidə hantavirusla bağlı bir yoluxma halı laboratoriya ilə təsdiqlənib, daha beş hal isə şübhəli sayılır.
Hantaviruslar, əsasən, kiçik məməliləri yoluxduran virus ailəsidir, lakin insanlara da keçə bilər. Ağır hallarda yoluxanlarda ağciyər zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma inkişaf edə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"İnter" "Parma"nı məğlub edərək İtaliya çempionu oldu
İtaliya A Seriyasının 35-ci turunda "İnter" "Parma"nı qəbul edib.
Dünya"İnter" "Parma"nı məğlub edərək İtaliya çempionu oldu - VİDEO
İtaliya A Seriyasının 35-ci turunda "İnter" "Parma"nı qəbul edib.
DünyaTramp İranın yeni təklifini qəbuledilməz adlandırdı
ABŞ Prezidenti Donald Tramp Tehranın münaqişənin nizamlanmasına dair yeni təklifini qəbuledilməz hesab etdiyini bildirib.
Dünyaİran Hörmüz boğazı ilə bağlı qonşu ölkələrlə əməkdaşlıq edəcək
"Tehran Hörmüz boğazı ilə bağlı addımlarını qonşu və sahilyanı ölkələrlə razılaşdırmağı planlaşdırır".