
Maştağadakı psixiatriya xəstəxanasından pasiyentlər qaçıblar? - Yaxınlıqda yaşayan sakinlər DANIŞDILAR - VİDEO
Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanası ilə bağlı son günlər sosial mediada belə bir xəbər dolaşır ki, guya bu xəstəxanadan ona yaxın xəstə qaçıb və onların arasında təxminən iki il öncə ailə üzvlərini öldürən Əhməd Əhmədov da var.
Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanası ilə bağlı son günlər sosial mediada belə bir xəbər dolaşır ki, guya bu xəstəxanadan ona yaxın xəstə qaçıb və onların arasında təxminən iki il öncə ailə üzvlərini öldürən Əhməd Əhmədov da var.
Həmin ərazidə yaşayan sakinlər hadisə ilə bağlı fikirlərini Baku TV-yə şərh edib:
"Vallah, mən heç inanmıram. Yəqin şayiədir. Elə bir şey eşitməmişəm".
"Doğru olmaz. Yalandır. Neçə ildir mən burada yaşayıram, 63 yaşım var. Mən elə şey görməmişəm", - deyə digər sakin bildirib.
Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və şayiədir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏ
Azərbaycanda saxta dərmanların dövriyyəsi ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Səhiyyə Nazirliyi isə problemin qarşısını almaq üçün yeni rəqəmsal mexanizm - "Track & Trace" sistemini gündəmə gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev bildirib ki, saxta dərmanların qarşısının alınmasında müasir dövrdə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə - yəni "Track & Trace" sistemidir. Onun sözlərinə görə, bu
Cəmiyyətİçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edilib - VİDEO
Bir müddət öncə paytaxt ərazisində baş verən intensiv yağışlar zamanı İçərişəhər qala divarında aşınma nəticəsində dağıntılar baş verib.
Cəmiyyət"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Yasamalda sakinlərdən ŞİKAYƏT - VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan şikayətlərdə paytaxt sakinləri bildiriblər ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsindəki 15 ildir tikilən binada hələ də mənzillərinə çıxarış ala bilməyiblər.
CəmiyyətPremyer Liqa: "Zirə" minimal hesabla qalib gəldi
Misli Premyer Liqasında 30-cu turun daha bir oyunu keçirilib.