
Kür çayının mənsəb hissəsində su sərfi iki dəfəyədək ARTACAQ
"Son günlər intensiv yağıntılarla əlaqədar transsərhəd Kür çayı ilə ölkə ərazisinə daxil olan suyun həcmi əhəmiyyətli dərəcədə artıb. Həmçinin, Mingəçevir su anbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidə edilir. Hazırda Kür çayının mənsəb hissəsində su sərfi 300 kubmetrdən çoxdur. Yaxın günlərdə bu rəqəmin 600 kubmetrə qədər artması və bu göstəricidə stabil saxlanılması gözlənilir".
"Son günlər intensiv yağıntılarla əlaqədar transsərhəd Kür çayı ilə ölkə ərazisinə daxil olan suyun həcmi əhəmiyyətli dərəcədə artıb. Həmçinin, Mingəçevir su anbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidə edilir. Hazırda Kür çayının mənsəb hissəsində su sərfi 300 kubmetrdən çoxdur. Yaxın günlərdə bu rəqəmin 600 kubmetrə qədər artması və bu göstəricidə stabil saxlanılması gözlənilir".
Bu barədə Gundem.today-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən məlumat verilib.
Qeyd olunub ki, cari vəziyyətdə Kür və Qanıx çayları vasitəsilə Mingəçevir su anbarına saniyədə 858 kubmetr su daxil olur:
"Su anbarından Kür çayına buraxılan suyun həcmi isə saniyədə 604 kubmetr təşkil edir. Mingəçevir su anbarından sonra Kür çayının axını boyu Əlicançay, Göyçay və Türyançay da Kür çayına tökülür ki, bu çaylarla Kür çayına daxil olan suların həcmi saniyədə 35 kubmetr təşkil edir".
Eyni zamanda, o da vurğulanıb ki, son günlərdə Kür çayının Saatlı, Sabirabad, Şirvan, Salyan rayonları ərazisindən keçən hissəsində səviyyə artımının müşahidə olunması da məhz gursululuq dövrü ilə əlaqədardır:
"Səviyyənin artmasına baxmayaraq hazırda vəziyyət stabildir. Mingəçevir su anbarından Kür çayına suyun buraxılması agentliyin aidiyyəti tabeli təşkilatları tərəfindən tənzimləndiyindən, növbəti günlərdə hər hansı təhlükənin olacağı gözlənilmir.
Eyni zamanda, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən respublika ərazisində mövcud digər çaylarla yanaşı Kür çayında da yeni quraşdırılmış elektron səviyyə ölçən cihazlar vasitəsilə onlayn qaydada suyun səviyyəsi və su sərfi gündəlik olaraq nəzarətdə saxlanılır. Xidmətin yerli bölmələrinin əməkdaşları tərəfindən riskli ərazilərdə vizual müşahidələr aparılır, real vəziyyəti əks etdirən video görüntülər və digər məlumatlar operativ qaydada qurumun aparatına və aidiyyəti təşkilatlara təqdim olunur.
Gündəlik olaraq ölçmələr və monitorinq məlumatlarının təhlili Kür çayında baş verə biləcək daşqın hadisələrinin vaxtından əvvəl proqnozlaşdırılmasına, risklərin düzgün qiymətləndirilməsinə və zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə xidmət edir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSakinlər təngə gəliblər: "Taxılımız yanır, su vermirlər" - VİDEO
Baku TV-nin qaynar xəttinə müraciət edən Zərdabın Burunlu kənd sakinləri bildirirlər ki, yeni əsaslı təmir edilərək istifadəyə verilən Regional Su Meliorasiya Xidmətinin Zərdab Suvarma Sistemləri İdarəsinin Burunlu nasos stansiyasının fəaliyyəti bir neçə aydır ki, dayanıb.
CəmiyyətYaşayış binasında təlimə gedən FHN işçiləri hovuza yaxınlaşa bilmədilər - FOTO - VİDEO
Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 12 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında təlim keçirilib.
CəmiyyətBeyləqanda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı, müəssisə bağlandı - FOTO
Beyləqan rayonunun Dünyamalılar kəndində fəaliyyət göstərən, Təhməzov Qaryağdı Əsəd oğluna məxsus süd qəbulu məntəqəsində yoxlama keçirilib.
Cəmiyyətİkinci dəfə 300 bal toplayan şagird uğurunun SİRRİNİ AÇIQLADI
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O, 300 bal toplayaraq ən yüksək nəticəyə imza atıb.