
Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib - FOTO
Yaz mövsümü ilə əlaqədar səhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməcilik keçirilib.
Yaz mövsümü ilə əlaqədar səhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməcilik keçirilib.
Gundem.today xəbər verir ki, həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr, ara yollar səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası ilə bitki və canlılara zərər verməyən yuyucu maddələrlə yuyulub, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, avtobus dayanacaqlarının yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPaytaxtda yol xətlənməsi SUAL YARATDI: Qəza riskini artırır - VİDEO
Bakının əsas prospektlərindən birində aparılan yol xətlənməsi sürücülərin narazılığına səbəb olub.
CəmiyyətKürdə suyun səviyyəsi ARTDI - VİDEO
Son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan su götürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.
CəmiyyətMəmmədlinin üfunətdən keçilməz olan küçəsində SON VƏZİYYƏT - FOTO - VİDEO
Abşeron rayonu, Məmmədli kəndi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyətlə bağlı tədbir görülüb.
CəmiyyətGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI - SƏBƏBİ məlum oldu
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədovun vəzifəsindən azad olunmasının səbəbi məlum olub.