Küveytdə dövlət rəsmilərinə sui-qəsd planlaşdıran "Hizbullah" üzvləri saxlanılıblar
Dünya

Küveytdə dövlət rəsmilərinə sui-qəsd planlaşdıran "Hizbullah" üzvləri saxlanılıblar

İndi
11:48
1 baxış
Paylaş:

Küveytin hüquq-mühafizə orqanları ölkənin dövlət rəsmilərinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən və "Hizbullah" qruplaşması ilə əlaqəsi olan silahlıları yaxalayıblar.

Küveytin hüquq-mühafizə orqanları ölkənin dövlət rəsmilərinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən və "Hizbullah" qruplaşması ilə əlaqəsi olan silahlıları yaxalayıblar.

Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Güc strukturlarının yaydığı rəsmi məlumata əsasən, terror aktları həyata keçirməyi nəzərdə tutan dəstənin tərkibində beş Küveyt vətəndaşı və daha bir əcnəbi yer alıb.

Ümumilikdə terror şəbəkəsinin ölkə hüdudlarından kənarda olan əlavə 14 üzvü də müəyyənləşdirilib. Həmin şəxslər sırasına iki İran, iki Livan pasportu daşıyan şəxs və qısa müddət öncə Küveyt vətəndaşlığı ləğv edilmiş beş nəfər daxildir.

Həbs edilən şəxslər başqa ölkələrdə xüsusi hərbi hazırlıq kursları keçdiklərini etiraf ediblər. Bununla yanaşı, onlar kəşfiyyat xarakterli məlumatlar topladıqlarını və Küveyt dövlətinin təhlükəsizliyinə təhdid yaradan tapşırıqları icra etməyə hazırlaşdıqlarını da təsdiqləyiblər.

Hazırda iş üzrə şübhəli bilinən bütün şəxslər aidiyyəti üzrə Baş Prokurorluğun sərəncamına verilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Küveyt#terror_şəbəkəsi#sui-qəsd#Hizbullah#həbs#dövlət_məmurları#Daxili_İşlər_Nazirliyi#casusluq#təhlükəsizlik.

Oxşar Xəbərlər