
Latviya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətLatviya prezidentinin şərəfinə rəsmi lanç verilib
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verilib.
SiyasətLondondan Azərbaycan-Ermənistan sülh sazişinə dəstək mesajı - FOTO
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığa işgüzar səfər edib.
SiyasətLatviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq"
"Cənab Prezident, Sizi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edirəm. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq".
SiyasətEdqars Rinkeviçs: "Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir"
"Bizim çox səmərəli, nəticəyönümlü və gələcəkyönümlü müzakirələrimiz oldu".