
İran XİN: "Diplomatiyadan yalnız real şərtlər əsasında istifadə olunacaq"
"İran münaqişəni başladan tərəf olmayıb".
"İran münaqişəni başladan tərəf olmayıb".
Gundem.today xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlamasında danışıb.
"İran bu məcburi müharibənin təşəbbüskarı olmayıb və Tehranın bütün addımları ABŞ, eləcə də İsrail rejiminin hərbi təcavüzünə qarşı təbii özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib. Buna müvafiq olaraq, İran hərbi və siyasi cəbhələrdəki prosesləri diqqətlə izləyərək təhlükəsizliyinin və milli maraqlarının müdafiəsi üçün lazımi addımları atacaq. Silahlı qüvvələr isə ölkəni hər cür təcavüz və təhdiddən qətiyyətlə, hərtərəfli şəkildə qorumağa tam hazır olacaq", - deyə İ.Bəqai vurğulayıb.
Hərbi cinayətlərin və dəyən zərərin araşdırılması məsələsinə toxunan sözçü bildirib ki, İran təcavüzkarların məsuliyyətə cəlb edilməsi və ziyanın ödənilməsi məqsədilə bütün imkanlardan istifadə edir. Birləşmiş Ştatlarla danışıqlar məsələsinə gəldikdə isə, XİN rəsmisi əlavə edib ki, diplomatiya milli təhlükəsizliyin və maraqların təmin olunması vasitəsidir.
"İran yalnız düşmənlərə qarşı mübarizədə xalqın nailiyyətlərini möhkəmləndirmək və milli maraqları müdafiə etmək üçün məntiqi, real şərtlər yarandıqda bu vasitəyə müraciət edəcək", - deyə o bildirib.
Bəqai açıqlamasında, həmçinin bölgədə sülhün bərqərar olması və tətbiq edilən müharibənin dayandırılması istiqamətindəki vasitəçilik addımlarına görə Pakistana minnətdarlığını da qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran parlamentinin sədri Hörmüz boğazının açılması və sülh üçün şərtlər irəli sürdü
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Tehranın Yaxın Şərqdəki münaqişənin deeskalasiyası perspektivləri ilə bağlı mövqeyini ifadə edib. Onun sözlərinə görə, hərbi əməliyyatların tam başa çatması yalnız iqtisadi məhdudiyyətlərin olmadığı şəraitdə mümkündür.
DünyaRoman Abramoviç Britaniyadakı aktivləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi
Rusiyalı iş adamı Roman Abramoviç aktivlərini donduran Britaniya məhkəməsinin hərəkətlərini qeyri-legitim hesab etmək məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.
DünyaABŞ İkinci Dünya müharibəsindən bəri ən böyük sualtı donanma quruculuğuna başlayıb
"ABŞ İkinci Dünya müharibəsindən bəri ən böyük sualtı donanma quruculuğunu həyata keçirir".
DünyaTrampın açıqlamasından 15 dəqiqə əvvəl neftlə bağlı müəammalı sövdələşmələr olub
Treyderlər aprelin 21-də ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin uzadıldığını elan etməsindən cəmi 15 dəqiqə əvvəl neft qiymətlərinin düşəcəyinə 430 milyon dollar məbləğində mərc ediblər.