Son dəqiqə
BƏƏ hava məkanında tətbiq edilən uçuş məhdudiyyətlərinin müddətini uzatdıSuriyadan beş Azərbaycan vətəndaşı ölkəyə gətirildiEdqars Rinkeviçs İlham Əliyevə təşəkkür etdi - FOTOİraqda qaz böhranı: Bağdadda restoran və kafelər fəaliyyətini dayandırırMuğanlı-İsmayıllı yolu YEDDİ GÜN bağlı olacaq - XƏBƏRDARLIQ10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Londondan Azərbaycan-Ermənistan sülh sazişinə dəstək mesajı - FOTO
Londondan Azərbaycan-Ermənistan sülh sazişinə dəstək mesajı - FOTO
Siyasət

Londondan Azərbaycan-Ermənistan sülh sazişinə dəstək mesajı - FOTO

Bu gün
14:31
0 baxış
Paylaş:

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığa işgüzar səfər edib.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığa işgüzar səfər edib.

Gundem.today-ın məlumatna görə, səfər çərçivəsində o, Birləşmiş Krallığın baş nazirinin milli təhlükəsizlik məsələləri müşavirinin müavini Barbara Vudvord, Xarici İşlər, Birlik ölkələri və İnkişaf Nazirliyində siyasi direktor Edvard Livelin, müdafiə və təhlükəsizlik məsələləri üzrə direktor Conatan Allen, Şərqi Avropa və Mərkəzi Asiya departametinin direktoru Kris Allan, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədr müavini Nusrat Qani, Parlamentdə Azərbaycanla Dostluq Qrupunun sədri Bob Bləkmən, eləcə də bir sıra parlament üzvləri ilə görüşüb.

Görüşlər zamanı tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərin indiki durumu və inkişaf perspektivləri, ölkələr arasında keçən il elan edilmiş strateji tərəfdaşlıq ruhunda birgə atılacaq növbəti addımlar, habelə Cənubi Qafqazda və daha geniş regionda təhlükəsizlik məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar. Həmsöhbətlər Baş nazir Kir Starmerin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, yüksəksəviyyəli təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqlim və ətraf mühit sahələrində əməkdaşlığın uğurla davam etdiyini qeyd edərək, yeni şəraitdə praktiki əməkdaşlıq üçün əlavə perspektiv sahələrin mövcud olduğunu qeyd edərək, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin xüsusi əhəmiyyətini vurğulayıblar.

Yaxın Şərqdə gərginlik fonunda Birləşmiş Krallıq vətəndaşlarının İrandan təxliyəsi zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə bur daha minnətdarlıq ifadə olunub. Azərbaycanın Şərq-Qərb marşrutu və Orta Dəhliz çərçivəsində artan geosiyasi və geoiqtisadi strateji rolu xüsusi olaraq qeyd olunub və bu sahədə də ikitərəfli əməkdaşlıq üçün yaxşı imkanların mövcud olduğu dilə gətirilib.

Parlamentdə danışıqlar zamanı tərəflər iki ölkə parlamentlərarası dialoqun daha da möhkəmləndirilməsi, bu kontekstdə parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili və həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Elçin Əmirbəyov britaniyalı həmsöhbətlərini Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri barədə də məlumatlandırıb. O, ötən ilin avqust ayında Vaşinqtonda əldə olunmuş tarixi razılaşmaların əhəmiyyəti, ondan sonra qarşılıqlı etimadın qurulması və sülh gündəliyinin genişləndirilməsi istiqamətində müxtəlif sahələrdə atılan konkret addımlar barədə qarşı tərəfi məlumatlandıraraq, Azərbaycan tərəfinin Ermənistanla uzunmüddətli və dönməz sülhün bərqərar olunmasına sadiq qaldığını bildirib. Bununla yanaşı, Prezidentin nümayəndəsi Ermənistanda cari il ərzində keçiriləcək parlament seçkisinin və yeni konstitusiya üzrə referendumun nəticələrinin sülh sazişinin imzalanması və regionda uzunmüddətli, dayanıqlı sülhün təmin olunması baxımından həlledici rol oynayacağını bildirib.

Öz növbəsində, Birləşmiş Krallıq tərəfi Azərbaycan ilə Ermənistan arasında sülh prosesində müşahidə olunan müsbət dinamikanı yüksək qiymətləndirərək, Azərbaycan tərəfindən sülhün möhkəmləndirilməsi istiqamətində atılan praktiki addımları alqışlayaraq, sülh sazişinin qısa müddətdə imzalanacağına ümidvar olduğunu bildirib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Londonda yerləşən nüfuzlu beyin mərkəzi olan Strateji Tədqiqatlar üzrə Beynəlxalq İnstitutda (IISS) region üzrə ekspertlər, tədqiqatçılar və akademik dairələrin nümayəndələri iştirakı ilə keçirilən dəyirmi masada Azərbaycan-Ermənistan normallaşma prosesi və Cənubi Qafqazda regional təhlükəsizlik məsələləri barədə çıxış edib. Bundan əlavə, Prezidentin nümayəndəsi "The Guardian" və "Daily Express" media qurumlarına müsahibələr verib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Elçin_Əmirbəyov#Birləşmiş_Krallıq#London#strateji_tərəfdaşlıq#sülh_prosesi#Azərbaycan-Ermənistan#Cənubi_Qafqaz#Orta_Dəhliz#təhlükəsizlik#ikitərəfli_əlaqələr.

Oxşar Xəbərlər

Suriyadan beş Azərbaycan vətəndaşı ölkəyə gətirildiSiyasət

Suriyadan beş Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 21 aprel 2026-cı il tarixində iki qadın və üç uşaq olmaqla, ümumilikdə beş Azərbaycan vətəndaşının Türkiyə üzərindən ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu gün
16:040
Edqars Rinkeviçs İlham Əliyevə təşəkkür etdi - FOTOSiyasət

Edqars Rinkeviçs İlham Əliyevə təşəkkür etdi - FOTO

Azərbaycanda səfərdə olan Latviya dövlət başçısı Edqars Rinkeviçs Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Bu gün
16:000
Latviya Prezidenti Edqars Rinkeviçs "Bakı Ağ Şəhər"də olub - FOTOSiyasət

Latviya Prezidenti Edqars Rinkeviçs "Bakı Ağ Şəhər"də olub - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də "Bakı Ağ Şəhər"də olub.

Bu gün
15:220
Latviya prezidentinin şərəfinə rəsmi lanç verilibSiyasət

Latviya prezidentinin şərəfinə rəsmi lanç verilib

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verilib.

Bu gün
14:540