Son dəqiqə
Makron Ermənistana rəsmi səfər edəcək"Kəpəz"dən gələcəyə yatırım: İki gənc istedadla peşəkar müqavilə imzalandıTramp İran liderlərini qadınları həbsdən buraxmağa çağırdıMasazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır" - VİDEOİran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilik
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək
Cəmiyyət

Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək

Bu gün
16:35
0 baxış
Paylaş:

Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı" layihəsi bu dəfə Yevlaxda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.

Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı" layihəsi bu dəfə Yevlaxda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.

Gundem.today xəbər verir ki, layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuş iştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzən aparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar. Gənc arıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şərait yaradılacaq, eyni zamanda məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanması sahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.

Qeyd edək ki, 2021-ci ildən etibarən IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən "Gənc arıçı" layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 80-dən çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.

Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə, gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.

"Gənc arıçı" layihəsində iştirak etmək istəyən Yevlaxda yaşayan 18-35 yaş arası gənclər mayın 5-dək müraciətlərini IDEA İctimai Birliyinin "1113" qaynar xətti və ya elektron poçt ünvanı ([email protected]) vasitəsilə göndərə və ya Dövlət Məşğulluq Agentliyinin Yevlax xidmət şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Gənc_arıçı_layihəsi#Yevlax_arıçılıq#gənc_ailələrin_məşğulluğu#ekosahibkarlıq#IDEA_İctimai_Birliyi#bal_istehsalı#Dövlət_Məşğulluq_Agentliyi#Yevlaxda_iş_təminatı#aqrar_sahə#gənclərə_dəstək.

Oxşar Xəbərlər

Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır" - VİDEOCəmiyyət

Masazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır" - VİDEO

Masazır qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.

Bu gün
18:340
Bakı-Quba yolunda bir maşın qarğıdalı YOLA TÖKÜLÜB - VİDEOCəmiyyət

Bakı-Quba yolunda bir maşın qarğıdalı YOLA TÖKÜLÜB - VİDEO

Bakı-Quba avtomobil yolunda maşından dağılan qarğıdalı dənələri sürücülərin diqqətini çəkib.

Bu gün
18:200
Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" - VİDEOCəmiyyət

Qubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" - VİDEO

Quba rayonunun ucqar yaşayış məntəqələrindən biri olan Məckəxacə kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə həsrətdirlər.

Bu gün
18:080
Görmədilər, yoxsa görmək istəmədilər?Cəmiyyət

Görmədilər, yoxsa görmək istəmədilər?

Kubra Məhərrəmova yazır...

Bu gün
18:000