Son dəqiqə
İsveçdə onlarla məktəb silahlı hücum təhlükəsinə görə bağlandıValideynlər Nərimanovda məktəbin qarşısında dalaşdılar: Biri digərini BIÇAQLADI - VİDEOPolşa Xarici İşlər Nazirliyindən qalmaqallı ABŞ-li reper Kanye Uestlə bağlı qərarNiderlandda bankomat partladıldı: Sakinlər təxliyə edildi, saxlanılanlar var - VİDEOYağıntılar intensivləşəcək, sel ehtimalı var: Külək GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQİran ABŞ-yə meydan oxudu: Blokada qalarsa, heç bir razılaşma olmayacaq? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Lizinqdə borclunun öhdəlikləri hansı əmlaka yönəldilə bilər?
Lizinqdə borclunun öhdəlikləri hansı əmlaka yönəldilə bilər?
İqtisadiyyat

Lizinqdə borclunun öhdəlikləri hansı əmlaka yönəldilə bilər?

Bu gün
14:48
0 baxış
Paylaş:

Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri müəyyənləşir.

Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri müəyyənləşir.

Gundem.today xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Müflisləşmə və iflas haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, borclu maliyyə icarəsi alanın öhdəlikləri üzrə kreditorların, o cümlədən təminatlı kreditorların tələbləri borclu maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə yönəldilə bilməz.

Maliyyə icarəsi verən borclu maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektini nəzərdə tutulmuş bildiriş əsasında geri götürə bilər.

Əmlak inzibatçısı maliyyə icarəsi verənlə qarşılıqlı razılaşmaya əsasən maliyyə icarəsi ödənişlərinin ümumi dəyərinin maliyyə icarəsi müqaviləsi üzrə ödənilməmiş hissəsinin vaxtından əvvəl ödənilməsi və maliyyə icarəsi obyektinin borclu maliyyə icarəsi alanın mülkiyyətinə keçirilməsi ilə bağlı tədbirlər görə bilər.

Borclu maliyyə icarəsi verənin öhdəlikləri üzrə maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə dair kreditorların, o cümlədən təminatlı kreditorların tələbləri yalnız maliyyə icarəsi verənin "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan və maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqlarına yönəldilmiş hesab olunur. Bu halda tələbləri təmin edilmiş kreditorlara maliyyə icarəsi verənin vəzifələri də keçir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Maliyyə_icarəsi#müflisləşmə#iflas#Milli_Məclis#borclu#kreditorlar#əmlak_münasibətləri#qanun_layihəsi#əmlak_inzibatçısı.

Oxşar Xəbərlər

Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndiİqtisadiyyat

Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni cərimələyib.

Bu gün
15:280
Komitə sədri: "Sahibkarların kredit təminatı ilə bağlı bir sıra problemlər var" - FOTOİqtisadiyyat

Komitə sədri: "Sahibkarların kredit təminatı ilə bağlı bir sıra problemlər var" - FOTO

"Maliyyə icarəsi şirkətləri gələcəkdə çox ciddi reqlamentləşdirilən, Mərkəzi Bank tərəfindən tənzimlənən, nəzarət olunan fəaliyyət sahəsi olacaq".

Bu gün
14:510
Lizinqdə risklərin bölüşdürülmə və sığortalanma NORMALARIİqtisadiyyat

Lizinqdə risklərin bölüşdürülmə və sığortalanma NORMALARI

Maliyyə icarəsi (lizinq) subyektləri arasında risklərin bölüşdürülməsi və sığortalanması qaydaları müəyyənləşir.

Bu gün
14:400
Maliyyə icarəsi müqaviləsi hansı hallarda vaxtından əvvəl ləğv edilə bilər?İqtisadiyyat

Maliyyə icarəsi müqaviləsi hansı hallarda vaxtından əvvəl ləğv edilə bilər?

Maliyyə icarəsi (lizinq) müqaviləsinin vaxtından əvvəl ləğvinin hansı hallarda mümkün olduğu yenidən müəyyənləşir.

Bu gün
14:360