
10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub
10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub
10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub
Bu barədə "Kapital Bank"ın rəsmisi Ağarza Baxşiyev məlumat verib.
O qeyd edib ki, ötən il "Birbank" mobil tətbiqinə gətirilən yenilik dələduzlarla mübarizədə effektiv nəticə verib:
"Ötən il kiberdələduzluqla mübarizədə atdığımız ən vacib addımlardan biri "Birbank" mobil tətbiqi ilə bağlı oldu. Biz müştərilərimizə zəng edən şəxsin bankımızın əməkdaşı olub olmadığını yoxlamaq imkanı verdik. Yəni artıq müştərilərimiz zəng zamanı özünü "Kapital Bank" əməkdaşı kimi təqdim edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq etmələrini tələb edə bilirlər.
Əgər o, həqiqətən bank əməkdaşıdırsa, mobil tətbiqdə bunu təsdiq edən bildiriş alır. Bank əməkdaşı olmayan şəxs isə bu bildirişi göndərə bilmir. Və artıq 10 000 nəfərə yaxın vətəndaşımız bu xidmətdən yararlanaraq dələduzları ifşa edib, daha sonra isə onlar məlumat üçün bankımıza zəng ediblər".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Kapital Bank" 2025-ci ildə müştərilərdən 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb
"Kapital Bank" 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin oğurlanmasının qarşısını alıb.
DigərBir milyondan çox "Kapital Bank" müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir
Bir milyondan çox "Kapital Bank" müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir.
Digər"DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb
"Azərlotereya" ASC-nin sponsoru olduğu "DH Volley" ("Demirören Holdinq") komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.
Digər"Kapital Bank" ötən ili 274 milyon manatdan çox xalis mənfəətlə başa vurub
Bu gün "Kapital Bank"ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransı keçirilib.