
Lukaşenko kimlərə hansı siyasi mesajları verdi? - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko "müharibə istəmirik" deyir.
Belarus Prezidenti Aleksandr Lukaşenko "müharibə istəmirik" deyir.
Gundem.today xəbər verir ki bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Amma diqqət yetirək: o, bunu ümumi şəkildə yox, konkret ölkələrin adını çəkərək bildirir - Estoniya, Latviya, Litva, Polşa, hətta müəyyən mənada Ukrayna. Yəni burada sadəcə sülh çağırışı yoxdur.
Əksinə, təhlükənin xəritəsi cızılır, mümkün qarşıdurma xətti əvvəlcədən göstərilir. Lukaşenkonun bu çıxışı ilk baxışdan müdafiə xarakterli görünə bilər, lakin siyasi mətn kimi oxuyanda başqa mənzərə ortaya çıxır. Çünki liderlər çox zaman gündəmdə olmayan riski bu qədər detallı sadalamırlar.
Deməli, Minsk bir tərəfdən "biz başlamarıq" deyir, digər tərəfdən isə "amma bu istiqamətlərdə gərginlik realdır" mesajını verir. Xüsusilə Polşa və Latviyanın ayrıca vurğulanması təsadüfi deyil. Bu artıq təkcə ritorika yox, NATO-nun şərq cinahına ünvanlanan siyasi xəbərdarlıqdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycandan Ermənistana dizel göndəriləcək
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.
SiyasətPakistanda ABŞ ilə İran arasında danışıqların ikinci raundu reallaşacaq? - VİDEO
ABŞ və İran arasında gərginlik davam edir. Donald Tramp deyir ki, biz ağlabatan razılaşma təklif edirik. İran rəsmiləri isə bildirir ki, Trampın dəniz blokadası davam etdiyi müddətcə hansısa danışıqlardan söhbət gedə bilməz. Bəs Ağ Ev rəhbəri dialoqa niyə bu qədər maraqlıdır?
SiyasətABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Siyasətİrandan gələn təzadlı açıqlamalar: Taktika, yoxsa parçalanma? - VİDEO
İran siyasi arenasında tez-tez qəribə bir mənzərənin şahidi oluruq: Bir tərəfdən SEPAH Hörmüz boğazını bağlamaqla hədələyir, digər tərəfdən isə İran Xarici İşlər Nazirliyi ticarət gəmiləri üçün yolun açıq olduğunu bəyan edir.