
Pakistanda ABŞ ilə İran arasında danışıqların ikinci raundu reallaşacaq? - VİDEO
ABŞ və İran arasında gərginlik davam edir. Donald Tramp deyir ki, biz ağlabatan razılaşma təklif edirik. İran rəsmiləri isə bildirir ki, Trampın dəniz blokadası davam etdiyi müddətcə hansısa danışıqlardan söhbət gedə bilməz. Bəs Ağ Ev rəhbəri dialoqa niyə bu qədər maraqlıdır?
ABŞ və İran arasında gərginlik davam edir. Donald Tramp deyir ki, biz ağlabatan razılaşma təklif edirik. İran rəsmiləri isə bildirir ki, Trampın dəniz blokadası davam etdiyi müddətcə hansısa danışıqlardan söhbət gedə bilməz. Bəs Ağ Ev rəhbəri dialoqa niyə bu qədər maraqlıdır?
Ekspertlərin sözlərinə görə, Vaşinqton vəd etdiyi gücü nümayiş etdirməyə hazır deyil və ABŞ artıq özü də bu yolla İranı təslim ala bilməyəcəyini anlayıb. Digər məqam isə Konqresin aralıq seçkilərində vaxt udmaqdır. Atəşkəs əldə olunsa, trampçılar bütün resursları ilə seçkilərə fokuslanacaq və qalib olduqdan sonra növbəti ildə yenidən atəşkəsi pozub İrana müharibə elan edəcəklər. Məhz Tehran rəsmiləri belə bir reallığın fərqində olduğu üçün Hörmüzə nəzarət edilməsi məsələsində güzəştə getmirlər. Eləcə də uran ehtiyatlarının təhvil verilməsi İran üçün qəbuledilməzdir. Belə vəziyyətdə ABŞ-İran danışıqlarının ikinci raundu baş tutarsa, danışıqlar uğurlu ola bilərmi?
Bəzi iddialara görə, İran uran ehtiyatlarını Pakistana verməyə razı olacaq. Bəs bu ehtimal nə qədər ciddidir?
Baku TV-nin süjetində bu və digər suallara aydınlıq gətirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətKaya Kallas: "Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşıdır"
"Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri vurğulayıblar ki, Avropa Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində strateji dərəcədə maraqlıdır".
SiyasətBaş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 21-də Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gedib.
SiyasətLatviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
SiyasətÇağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək
Çağrı mərkəzi olmayan qurumlarda bu xidmət "108" Çağrı Mərkəzi vasitəsi ilə göstəriləcək.