
Macarıstan Ukraynaya məxsus pul və qızılları geri qaytarıb
Macarıstan fevral ayında müsadirə edilmiş "Oşadbank"a məxsus pul və qızılı Ukraynaya geri qaytarıb.
Macarıstan fevral ayında müsadirə edilmiş "Oşadbank"a məxsus pul və qızılı Ukraynaya geri qaytarıb.
Gundem.today xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə məlumat yayıb.
Zelenski Budapeştə "konstruktiv və sivil addım"a görə təşəkkür edib.
Xatırladaq ki, fevral ayında Macarıstanın sabiq baş naziri Viktor Orbanlə Zelenski arasında Ukrayna ərazisindən keçən "Drujba" neft kəməri ilə bağlı ciddi gərginlik yaranmışdı. Aprelin 12-də keçirilən parlament seçkisində qalib gəlmiş Peter Madyar Kiyevlə qarşıdurmanı davam etdirməyəcəyini bildirib və bundan sonra neft tədarükü bərpa olunub.
Bundan əvvəl Macarıstanın Milli Vergi və Gömrük Xidməti çirkli pulların yuyulması şübhəsi ilə yeddi Ukrayna vətəndaşını, o cümlədən xüsusi xidmət orqanlarının sabiq generalını saxlamışdı. Onların Avstriyadan Ukraynaya 40 milyon dollar, 35 milyon avro və 9 kq qızıl daşıdığı bildirilirdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYaxın Şərq münaqişəsi neft bazarlarını vurdu - OPEC-də tarixi geriləmə
OPEC ölkələrində neft hasilatı son 36 ilin ən aşağı səviyyəsinə düşüb.
Dünya"Real Madrid"in futbolçuları "El-Klasiko" ərəfəsində dava ediblər
"Real Madrid" futbol klubunun oyunçuları Orelien Tçuameni və Federiko Valverde məşq zamanı az qala əlbəyaxa olublar.
DünyaRusiya XİN bütün ölkələrə və beynəlxalq təşkilatlara nota göndərdi: Nə baş verir?
Rusiya Xarici İşlər Nazirliyində (XİN) akkreditasiyadan keçmiş bütün beynəlxalq təşkilatların nümayəndəliklərinə və xarici diplomatik missiyalara Kiyevdəki heyətlərini əvvəlcədən təxliyə etmək çağırışını əks etdirən nota göndərilib.
DünyaHörmüzdə gərginlik pik həddə: Fransanın "dəniz nəhəngi" hərəkətə keçdi
Fransa özünə məxsus aviadaşıyıcı qrupun Qırmızı dənizə yola düşdüyünü bəyan edib.