
Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablonun ekspertizası aparılır
Macarıstanın paytaxtı Budapeştdə Niderland rəssamı Vinsent Van Qoqa aid olduğu ehtimal edilən və indiyədək naməlum qalan tablo üzərində elmi tədqiqat aparılır.
Macarıstanın paytaxtı Budapeştdə Niderland rəssamı Vinsent Van Qoqa aid olduğu ehtimal edilən və indiyədək naməlum qalan tablo üzərində elmi tədqiqat aparılır.
Gundem.today xəbər verir ki, müvafiq məlumatı Macarıstanın "Origo" nəşri yayıb.
Budapeşt Rəsm Tədqiqat Laboratoriyasına əcnəbi kolleksioner tərəfindən bir neçə tablo təqdim edilib və onlardan biri tədqiqatçıların xüsusi marağına səbəb olub. Məlumata əsasən, sənətşünas Sofia Veqvarinin rəhbərlik etdiyi laboratoriyada boya, astar və kətanın ilkin ekspertizası aparılıb. Nəticədə rəsmin Vinsent Van Qoqun yaradıcılıq dövrünə, daha dəqiqi, təxminən 1885-1890-cı illər aralığına aid olduğu müəyyən edilib.
Tablonun vizual kompozisiyası dahi rəssamın 1888-ci ildə yaratdığı və hazırda Parisdəki Orse Muzeyində nümayiş etdirilən "Arlda rəqs zalı" əsərinə olduqca bənzəyir. Veqvari qeyd edir ki, əsər vizual olaraq eyni mövzunun alternativ variantı təəssüratı yaradır. Mütəxəssisin sözlərinə görə, Van Qoq qardaşı Teoya ünvanladığı məktublarında eyni motivin bir neçə nüsxəsini işləmək adətindən bəhs edib. Bu səbəbdən bənzər kompozisiyanın "ikinci variantı"nın mövcud olması nəzəri baxımdan istisna edilmir.
Veqvari bildirib ki, tablonun müəllifliyi ilə bağlı qəti fikir söyləmək hələ tezdir və tədqiqat işləri davam etdirilir. Hazırkı mərhələdə ekspertlər üslub və istifadə olunan materiallar əsasında rəsmin Van Qoqa aid edilməsini yalnız "mümkün" ehtimal kimi qiymətləndirirlər. Dəqiq və yekun qərar isə yalnız geniş və əhatəli analizlər başa çatdıqdan sonra açıqlanacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətMədəniyyət Nazirliyinin strukturunda yeni şöbə və sektorlar yaradılıb
Mədəniyyət Nazirliyinin aparatının yenilənmiş strukturunda təkmilləşdirilmə aparılıb, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.
MədəniyyətXalq artistinin xanımı: "Qədir Rüstəmova silah vermişdilər"
"Qədir Rüstəmov Ağdam işğal olunandan sonra toylara getmədi".
MədəniyyətGəncədə 400 illik sirr: Çökək hamamın heyrətamiz texnologiyası
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən hesab edilən Gəncə şəhərinin tarixi abidələrindən biri də dörd əsrdən çox yaşı olan Çökək hamamdır.
MədəniyyətFizikadan musiqiyə uzanan yol - Səssizcə böyük irs qoyub gedən sənətkar
Bu gün Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbovun doğum günüdür.