
Kahramanmaraşda məktəbə hücum edən 14 yaşlı şagirdlə bağlı yeni məlumat - FOTO
Kahramanmaraşda təhsil aldığı məktəbə silahlı hücum edərək qətliam törədən 14 yaşlı İsa Aras Mersinlinin ölüm səbəbi ilə bağlı yeni detallar məlum olub.
Kahramanmaraşda təhsil aldığı məktəbə silahlı hücum edərək qətliam törədən 14 yaşlı İsa Aras Mersinlinin ölüm səbəbi ilə bağlı yeni detallar məlum olub.
Gundem.today xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, aralarında iki məhkəmə-tibbi ekspertinin də yer aldığı altı nəfərlik nümayəndə heyəti tərəfindən aparılan araşdırmalar nəticəsində Mersinlinin ölüm səbəbinin sağ ayağındakı kəsici-deşici alətlə açılan yarasından qaynaqlanan böyük damar zədələnməsi və bunun ardınca yaranan xarici qanaxma olduğu qeyd edilib.
Xəbərə görə, məktəbdə silah səslərini eşidən Gənclər və İdman Vilayət Müdirliyində aşpaz işləyən Necmettin Bekçi adlı şəxs dərhal məktəbə gedib. Məktəbin arxa qapısından içəri daxil olan Bekçi pilləkənlərdə Arası zərərsizləşdirməyə çalışan müəllimlər və digər işçilərlə qarşılaşıb. O bildirib ki, hücum edən şəxsin qaçmasının qarşısını almaq üçün əlinə keçən bir bıçaqla ona zərbələr endirib.
"Məqsədim onun oradan uzaqlaşaraq başqalarına zərər yetirməsinin qarşısını almaq idi", - deyə Bekçi bildirib.
Onun sözlərinə görə, qısa müddət sonra əraziyə cəlb olunan polis əməkdaşları hücumçunu təhvil alıblar.
Qeyd olunub ki, Necmettin Bekçinin övladları hadisə baş verən an məktəbdə olublar. Axtarışlardan sonra övladlarının sağ olduğu bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ generalı: "Açıq dənizdə İran gəmiləri və tankerləri ələ keçiriləcək"
"ABŞ İranın sahil xətti və limanlarının blokadası çərçivəsində açıq dənizdə hərəkət edən İran gəmilərini, o cümlədən tankerləri ələ keçirməyi planlaşdırır".
DünyaAlmaniya ordusunda anticasus tədbiri: İclaslara smartfonla girmək qadağan edildi
Rusiya və Çinin mümkün casusluq fəaliyyətləri ilə əlaqədar olaraq Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin mərkəzi qərargahında şəxsi mobil telefonların istifadəsinə sərt məhdudiyyətlər tətbiq edib.
DünyaMadaqaskarda prezidentə və həyat yoldaşına qarşı sui-qəsd cəhdi
Madaqaskar Prezidenti Mikael Randrianirina və onun həyat yoldaşına sui-qəsd cəhdi olub.
DünyaGürcüstan yüksəkgəlirli xarici vətəndaşlara XÜSUSİ VİZA verəcək
Gürcüstan hökuməti yüksəkgəlirli xarici vətəndaşlar üçün xüsusi viza növü tətbiq edib.