Son dəqiqə
Marneulidə xüsusi əməliyyat: Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı"Qalatasaray"dan Noa Lanqla bağlı qərar verdiErmənistanın işğal mirası: "Yüzlərlə abidə, 60-dan çox məscid dağıdıldı, irs talan olundu"Ermənistanın işğal mirası: "Yüzlərlə abidə, 60-dan çox məscid dağıdıldı, irs talan olundu" - FOTOMetrodakı texniki insidentlə bağlı avtobusların sayı artırılıbABŞ Konqresi nazirliyi pulsuz qoyub - May ayından maaşların verilməsi dayandırıla bilər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Maliyyə icarəsi və alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi üçün YENİ ŞƏRTLƏR
Maliyyə icarəsi və alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi üçün YENİ ŞƏRTLƏR
İqtisadiyyat

Maliyyə icarəsi və alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi üçün YENİ ŞƏRTLƏR

Bu gün
14:16
0 baxış
Paylaş:

Maliyyə icarəsi (lizinq) müqaviləsi və alqı-satqı müqaviləsinin rəsmiləşdirilmə qaydası müəyyənləşir.

Maliyyə icarəsi (lizinq) müqaviləsi və alqı-satqı müqaviləsinin rəsmiləşdirilmə qaydası müəyyənləşir.

Gundem.today-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsində əksini tapıb.

Belə ki, maliyyə icarəsi subyektləri arasında münasibətlər aşağıdakı qaydada rəsmiləşdiriləcək:

- icarəyə verən və icarəçi arasında maliyyə icarəsi müqaviləsinin, habelə icarəyə verən və satıcı arasında alqı-satqı müqaviləsinin bağlanılması yolu ilə;

- icarəyə verən, icarəçi və satıcı arasında qarışıq müqavilənin bağlanılması yolu ilə;

- geriyə maliyyə icarəsi ilə və ya təkrar maliyyə icarəsi müqaviləsinin bağlanılması yolu ilə.

Maliyyə icarəsi müqaviləsi yazılı formada bağlanılmalıdır. Bu qanunun tələbləri nəzərə alınmaqla maliyyə icarəsi müqaviləsində azı aşağıdakılar göstərilməlidir:

- maliyyə icarəsi obyektinin təsviri;

- maliyyə icarəsi obyektinin təyinatı və istismar müddəti;

- maliyyə icarəsi obyekti üzrə verilən hüquqlar, o cümlədən, tətbiq edildikdə, icarəçinin maliyyə icarəsi obyektini müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətlərlə almaq hüququ;

- maliyyə icarəsi obyektinin təhvil verilməsi proseduru;

- maliyyə icarəsi müqaviləsinin müddəti;

- maliyyə icarəsi obyektinin saxlanması və təmiri üzrə tərəflərin vəzifələri;

- icarəyə verən tərəfindən maliyyə icarəsi ilə bağlı əlavə xidmətlərin göstərilməsi nəzərdə tutulduğu halda, həmin xidmətlərin siyahısı;

- maliyyə icarəsi ödənişlərinin ümumi məbləği və icarəyə verənin mükafatının (faiz və ya digər gəlirinin) məbləği;

- maliyyə icarəsi ödənişlərinin qrafiki.

Maliyyə icarəsi müqaviləsi vaxtından əvvəl icra və ya ləğv edildikdə bununla bağlı yaranan xərclərin və digər ödənişlərin aparılması qaydası isə belədir: Maliyyə icarəsi müqaviləsində icarəçinin maliyyə icarəsi müqaviləsinin şərtlərini saxlamaq və ya dəyişməklə maliyyə icarəsi müqaviləsinin müddətini uzatmaq hüququ nəzərdə tutula bilər.

Maliyyə icarəsi ilə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində maliyyə icarəsi obyektinin icarəyə verən tərəfindən maliyyə icarəsinə verilmək üçün əldə edilməsi və maliyyə icarəsi müqaviləsində ayrı hal nəzərdə tutulmadıqda, icarəçinin alıcı hüquqlarına malik olması göstərilməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Lizinq#maliyyə_icarəsi#Milli_Məclis#qanun_layihəsi#alqı-satqı_müqaviləsi#icarəçi#iqtisadiyyat#yeni_qaydalar#icarəyə_verən.

Oxşar Xəbərlər

Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndiİqtisadiyyat

Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni cərimələyib.

Bu gün
15:280
Komitə sədri: "Sahibkarların kredit təminatı ilə bağlı bir sıra problemlər var" - FOTOİqtisadiyyat

Komitə sədri: "Sahibkarların kredit təminatı ilə bağlı bir sıra problemlər var" - FOTO

"Maliyyə icarəsi şirkətləri gələcəkdə çox ciddi reqlamentləşdirilən, Mərkəzi Bank tərəfindən tənzimlənən, nəzarət olunan fəaliyyət sahəsi olacaq".

Bu gün
14:510
Lizinqdə borclunun öhdəlikləri hansı əmlaka yönəldilə bilər?İqtisadiyyat

Lizinqdə borclunun öhdəlikləri hansı əmlaka yönəldilə bilər?

Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri müəyyənləşir.

Bu gün
14:480
Lizinqdə risklərin bölüşdürülmə və sığortalanma NORMALARIİqtisadiyyat

Lizinqdə risklərin bölüşdürülmə və sığortalanma NORMALARI

Maliyyə icarəsi (lizinq) subyektləri arasında risklərin bölüşdürülməsi və sığortalanması qaydaları müəyyənləşir.

Bu gün
14:400