
"Mançester Yunayted"də 100 milyon avroluq "təmizlik": Beş futbolçu ilə yollar ayrılır
İngiltərə Premyer Liqasının iddialı klublarından sayılan "Mançester Yunayted" yay transfer pəncərəsi üçün heyətində irimiqyaslı islahatlara start verməyi planlaşdırır.
İngiltərə Premyer Liqasının iddialı klublarından sayılan "Mançester Yunayted" yay transfer pəncərəsi üçün heyətində irimiqyaslı islahatlara start verməyi planlaşdırır.
Gundem.today xəbər verir ki, rəhbərlik qarşıdakı transfer dövründə futbolçu satışını həyata keçirərək klubun büdcəsinə tam 100 milyon avro məbləğində vəsait daxil etməyi qarşısına məqsəd qoyub.
Komandada köklü yenidənqurma prosesinə başlayan "qırmızı şeytanlar" əsas heyətin beş ulduz futbolçusu ilə vidalaşmaq barədə qəti qərar qəbul ediblər.
Satışa çıxarılacaq həmin oyunçular Manuel Uqarte, Coşua Zirkze, Andre Onana, Rasmus Hoylund və Markus Reşforddur.
Məlumata görə, komandada həyata keçiriləcək genişmiqyaslı "təmizlik" əməliyyatı çərçivəsində Karlos Kazemiro, Ceydon Sanço və Tayrel Malasiya da klubdan gedənlər siyahısında yer alacaqlar. Bu üç futbolçu "Mançester Yunayted"dən heç bir təzminat tələb olunmadan, azad agent kimi ayrılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanSadio Mane Türkiyə yolunda: İki Superliqa klubu ulduz futbolçu üçün hərəkətə keçdi
Seneqal milli komandasının kapitanı Sadio Manenin karyerasını Türkiyə Superliqasında davam etdirəcəyi gözlənilir.
İdman"İnter"in müdafiəçisi "Barselona"nın təklifini rədd etdi - FOTO
İtaliyanın "İnter" klubunun müdafiəçisi Alessandro Bastoni İspaniya nəhəngi "Barselona"nın transfer təklifini qəti şəkildə geri çevirib.
İdmanAFFA Gənclər Liqasının oyunlarını təxirə saldı - SƏBƏB
AFFA-nın bayrağı altında keçirilən Gənclər Liqasında II mərhələnin IV və V tur qarşılaşmaları təxirə salınıb.
İdmanFIFA İranın DÇ-2026 matçları ilə bağlı tələbini rədd etdi
Meksika Prezidenti Klaudiya Şeynbaum İran milli komandasının 2026-cı il dünya çempionatındakı oyunlarının keçiriləcəyi məkanla bağlı FIFA-nın yekun qərarını ictimaiyyətə açıqlayıb.