Son dəqiqə
İran ABŞ və İsraillə münaqişə fonunda həmrəyliyə görə Azərbaycana təşəkkür edibGüləş üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıbElçin Əmirbəyov: "Ətrafımızdakı qeyri-sabitlik tarixi fürsətdən istifadə etməyin vacibliyini vurğulayır" - VİDEOFransada korrupsiya qalmaqalı: Polis Yelisey sarayında axtarış apardıYanvar-fevral aylarında evlənənlərin sayı boşananlardan çox olubABŞ aviadaşıyıcısı husilərə görə Ərəb dənizinə yolunu uzatmalı olub
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Maradonanın ölüm səbəbləri araşdırılır: Yeddi tibb işçisi məhkəmə qarşısında
Maradonanın ölüm səbəbləri araşdırılır: Yeddi tibb işçisi məhkəmə qarşısında
İdman

Maradonanın ölüm səbəbləri araşdırılır: Yeddi tibb işçisi məhkəmə qarşısında

Bu gün
14:32
0 baxış
Paylaş:

Argentinalı futbolçu Dieqo Maradonanın əməliyyatdan sonrakı baxımını həyata keçirən yeddi tibb işçisi məhkəmə qarşısına çıxarılıb.

Argentinalı futbolçu Dieqo Maradonanın əməliyyatdan sonrakı baxımını həyata keçirən yeddi tibb işçisi məhkəmə qarşısına çıxarılıb.

Gundem.today "Reuters" agentliyinə istinadən xəbər verir ki, onlar əfsanəvi futbolçunun ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda ittiham edilirlər.

"Buenos-Ayres yaxınlığındakı San-İsidro şəhər məhkəməsində dünya çempionunun ölümünə səbəb olduğu iddia edilən tibbi səhlənkarlıq işi çərçivəsində yüzə yaxın şahidin ifadəsi dinləniləcək", - deyə məlumatda qeyd olunub.

İttiham tərəfi iddia edir ki, tibb işçiləri müalicə protokollarını kobud şəkildə pozublar. Bildirilir ki, Maradonanın beyin əməliyyatından sonra bərpa olunduğu və zəruri qayğının göstərilmədiyi ev əsl dəhşət səhnəsini xatırladırdı.

Lakin tibb işçiləri bütün ittihamları rədd edirlər. Onların vəkilləri isə hesab edirlər ki, futbolçunun uzunmüddətli sağlamlıq problemləri, eləcə də illərlə alkoqol və narkotik asılılığından əziyyət çəkməsi fonunda Maradonanın ölümü qaçılmaz idi. Təqsirləndirilən şəxslərin günahı sübuta yetirilərsə, onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Ölümə ağciyər ödəminə gətirib çıxaran kəskin ürək çatışmazlığı səbəb olub. Bundan sonra Argentina Baş Prokurorluğu sabiq futbolçunun həkimləri tərəfindən yol verildiyi ehtimal edilən səhlənkarlıqla bağlı istintaqa başlayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Dieqo_Maradona#məhkəmə_işi#tibbi_səhlənkarlıq#həkimlərin_mühakiməsi#Argentina#futbol_əfsanəsi#ölüm_səbəbi#San-İsidro#cinayət_işi.

Oxşar Xəbərlər

Güləş üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıbİdman

Güləş üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb

Aprelin 20-dən 26-dək Albaniyanın Tirana şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.

Bu gün
19:200
Mbappe: "Real Madrid"də çıxış etmək Tanrının bəxş etdiyi hədiyyədir"İdman

Mbappe: "Real Madrid"də çıxış etmək Tanrının bəxş etdiyi hədiyyədir"

Ulduz futbolçu Kilian Mbappe formasını geyindiyi "Real Madrid" klubu barədə səmimi fikirlərini bölüşüb.

Bu gün
18:460
"Beşiktaş" İngiltərə Premyer Liqasından qapıçı transfer edir - FOTOİdman

"Beşiktaş" İngiltərə Premyer Liqasından qapıçı transfer edir - FOTO

İngiltərənin "Vulverhempton" klubunun təcrübəli qapıçısı Joze Sa karyerasında yeni səhifə açaraq Türkiyə Superliqasına yollanmağa hazırlaşır.

Bu gün
18:300
"Arsenal"ın sabiq futbolçusuna qarşı yeni zorlama ittihamları - FOTOİdman

"Arsenal"ın sabiq futbolçusuna qarşı yeni zorlama ittihamları - FOTO

İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Tomas Parti haqqında səsləndirilən daha iki yeni zorlama ittihamlarını qətiyyətlə rədd edib.

Bu gün
18:100