
"Beşiktaş" İngiltərə Premyer Liqasından qapıçı transfer edir - FOTO
İngiltərənin "Vulverhempton" klubunun təcrübəli qapıçısı Joze Sa karyerasında yeni səhifə açaraq Türkiyə Superliqasına yollanmağa hazırlaşır.
İngiltərənin "Vulverhempton" klubunun təcrübəli qapıçısı Joze Sa karyerasında yeni səhifə açaraq Türkiyə Superliqasına yollanmağa hazırlaşır.
Gundem.today-ın məlumatına görə, "Beşiktaş" portuqaliyalı qolkiperi öz rənglərinə bağlamaq üçün hərəkətə keçib.
Artıq İstanbul nəhəngi ulduz futbolçu ilə şəxsi müqavilənin detalları üzrə ilkin razılıq əldə edib. İndi isə "qara qartallar" 33 yaşlı qapıçının transferini rəsmiləşdirmək məqsədilə İngiltərə təmsilçisi ilə həlledici danışıqlara start verəcəklər.
Xatırladaq ki, "Vulverhempton" Joze Sanı 2021-ci ilin yay transfer pəncərəsində Yunanıstanın "Olimpiakos" klubundan 8 milyon avro müqabilində heyətinə qatıb. Portuqaliya yığmasının da şərəfini qoruyan qolkiper cari mövsümdə Premyer Liqa klubunun forması ilə çıxdığı 21 rəsmi qarşılaşmada qapısında ümumilikdə 38 top görüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanYaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
Nüfuzlu "The Athletic" nəşri karyerasını davam etdirən dünyanın ən yaxşı 15 qolkiperinin adını açıqlayıb.
İdman"Qaziantep"də Burak Yılmaz dövrü başa çatdı - FOTO
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Burak Yılmaz ilə yollarını ayırdığını rəsmən elan edib.
İdmanGüləş üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
Aprelin 20-dən 26-dək Albaniyanın Tirana şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.
İdmanMbappe: "Real Madrid"də çıxış etmək Tanrının bəxş etdiyi hədiyyədir"
Ulduz futbolçu Kilian Mbappe formasını geyindiyi "Real Madrid" klubu barədə səmimi fikirlərini bölüşüb.