
Masazırda 4 gündür ki, içməli su yoxdur: Sakinlərdən NARAZILIQ
Abşeron rayonunun Masazır qəsəbəsində içməli suyun verilməsində problem yaranıb.
Abşeron rayonunun Masazır qəsəbəsində içməli suyun verilməsində problem yaranıb.
Gundem.today-ın məlumatına görə, artıq dörd gündür qəsəbənin bəzi ərazilərinə su verilmir.
Nəticədə sakinlər susuz qalıblar. Bildirilir ki, əraziyə suyun verilməsi əsasən su maşınları vasitəsilə həyata keçirilir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, nasos stansiyasında yaranan problem aradan qaldırılmaqdadır.
"Bu problem səbəbindən içməli su təminatında yaranan fasilə stansiyada görülən işlər çərçivəsində qismən aradan qaldırılır. Sakinlərə gün ərzində bir neçə saatlıq suyun verilməsi təmin olunacaq. Ərazidə su maşınları da xidmət göstərəcək. İntensiv yağışlar səbəbindən nasos stansiyasında yaranmış qəza halının tam aradan qaldırılması istiqamətində digər dövlət qurumları ilə birgə fasiləsiz bərpa işləri aparılır", - deyə məlumatda qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAğsuda Rasim Balayevin xatirəsi əbədiləşdiriləcək? - RƏSMi AÇIQLAMA
"Ağsu rayonunda Rasim Balayevin xatirəsinin əbədiləşdirilməsi nəzərdə tutulub".
CəmiyyətGüclü yağışdan sonra paytaxtda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bakı şəhərinə yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə martın 30-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda genişmiqyaslı daxili iməcilik keçirilib.
CəmiyyətMartın son gününə olan HAVA PROQNOZU
Azərbaycanda martın 31-nə gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətXalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir - CANLI
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.