
Mbappe yalan danışmaqda ittiham olundu
Fransalı jurnalist Daniel Riolo bildirib ki, "Real Madrid"in hücumçusu Kilian Mbappe zədəsinin müalicəsində klub həkimlərinin səhv etmədiyini deməklə həqiqəti gizlədir.
Fransalı jurnalist Daniel Riolo bildirib ki, "Real Madrid"in hücumçusu Kilian Mbappe zədəsinin müalicəsində klub həkimlərinin səhv etmədiyini deməklə həqiqəti gizlədir.
Gundem.today xəbər verir ki, onun sözlərini RMC yayıb.
"Onlar yalan strategiyasını seçiblər. Açıq deyəcəyəm: o yalan danışıb. Düşünürəm ki, bu, "Real"la birlikdə hazırlanmış strategiyadır", - deyə Riolo bildirib.
Qeyd edək ki, martın 25-də KİV-də "Real Madrid"in tibbi heyətinin Mbappenin zədələnmiş dizi əvəzinə sağlam dizini müayinə etdiyi barədə məlumat yayılmışdı.
Cari mövsümdə Mbappe İspaniya çempionatında "Real"ın heyətində keçirdiyi 24 oyunda 23 qol vurub və dörd məhsuldar ötürmə edib. Fransalı futbolçu ilin əvvəlində zədə səbəbindən "kral klubu"nun bir neçə oyununu buraxıb.
İspaniya çempionatında "Real" hazırda ikinci pillədə qərarlaşıb və Kataloniyanın "Barcelona" klubundan dörd xal geri qalır. Martın 18-də isə "Real" 1/8 final mərhələsinin cavab oyununda "Mançester Siti" üzərində qələbə qazanaraq Çempionlar Liqasının 1/4 finalına vəsiqə əldə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanBeynəlxalq Olimpiya Komitəsindən transgenderlərlə bağlı QƏRAR
Beynəlxalq Olimpiya Komitəsi (BOK) transgenderlərin qadın yarışlarında iştirakını qadağan etmək qərarı qəbul edib.
İdmanDÇ-2026-da pley-off həyəcanı - GÜNÜN NƏTİCƏLƏRİ - VİDEO
Bu gün DÇ-2026-nın pley-off mərhələsinin yarımfinal matçlarına start verilib.
İdmanFİFA 2026-cı il dünya çempionatı üçün yeni qaydalar tətbiq edir
FIFA 2026-cı il dünya çempionatında tətbiq olunacaq yeni qaydalar təqdim edib.
İdmanDÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-offun finalına vəsiqə qazandı - VİDEO
Futbol üzrə Dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib.