
Məleykə Abbaszadə: "Hər kəsin uğuru istedadından, biliyindən və əməyindən asılıdır"
"Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib".
"Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib".
Gundem.today xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda açıqlayıb.
Onun sözlərinə görə, DİM artıq universitetə qəbul olmaq üçün seçim mexanizmi olmaqdan çıxıb, ədalət infrastrukturunun mühüm elementinə çevrilib:
"Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Dünyanın ən ekoloji-təmiz enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq. Elə mexanizmlər formalaşdırmışıq ki, hər kəs əmin ola bilər, onun uğuru öz istedadından, biliyindən və yaradıcı əməyindən asılıdır. Hər il 15 milyondan çox elektron xidmət göstərərək rəqəmsal idarəetmə prinsiplərini gündəlik həyata tətbiq edirik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXəyanət edənlər 20 min manat təzminat ödəyəcəklər? - Vəkil AÇIQLADI
Son günlər Vəkil Turan Abdullazadənin adından yayılan "xəyanətə görə tərəflər 20 000 manat kompensasiya ala bilər" fikri gündəm olub. Artıq cəmiyyətdə sözügedən mövzu ilə bağlı müzakirələr başlayıb.
CəmiyyətBəzi şəxslərin maaşlarında artımlar olacaq
İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.
CəmiyyətNikaha daxil olmaq üçün tələb olunan sənədlərin sayı artırıla bilər
Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayının artırılması təklif olunur.
CəmiyyətDövlət Statistika Komitəsi sədrinə müşavir təyin edilib - FOTO
Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müşavir təyin olunub.