
İqor Qarafuliç: "BMT WUF13-ün uğurla keçirilməsi üçün Azərbaycana dəstək göstərməyə hazırdır"
"Azərbaycan bu il Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu, qlobal miqyasda mühüm hadisədir. BMT bu tədbirin uğurla keçirilməsi üçün bütün sistem üzrə dəstək göstərməyə hazırdır".
"Azərbaycan bu il Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu, qlobal miqyasda mühüm hadisədir. BMT bu tədbirin uğurla keçirilməsi üçün bütün sistem üzrə dəstək göstərməyə hazırdır".
Gundem.today xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi İqor Qarafuliç təşkilatın Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası (WUF13) Azərbaycanın dayanıqlı şəhər inkişafı, iqlimə davamlılıq və inklüziv artım sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün unikal imkan yaradacaq:
"Eyni zamanda, bu tədbir beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsinə töhfə verəcək. Bu çərçivədə biz milli tərəfdaşlarla sıx əməkdaşlıq edirik ki, forumun nəticələri əməkdaşlıq çərçivəsinin prioritetləri ilə uyğunlaşsın və uzunmüddətli inkişafa təsir göstərsin. Heç bir şübhəm yoxdur ki, bu tədbir uğurla baş tutacaq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatMədəniyyət sahəsində qrant almaq istəyənlərə MÜJDƏ - Yeni qayda
Mədəniyyət sahəsində qrant layihələrinin maliyyələşdirilməsi "Qrant haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək.
İqtisadiyyatBeş il üçün 85 milyon dollar: Azərbaycanda bu vəsait nəyə xərclənəcək? - FOTO
"Qarşıdakı dövr üçün əsas məqsədimiz əldə edilən nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.
İqtisadiyyat"Brent" markalı neft bahalaşdı
Yaxın Şərqdəki gərginlik fonunda qlobal bazarda neft qiymətlərində cüzi bahalaşma müşahidə edilib.
İqtisadiyyatNazir müavini: "BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi dayanıqlı inkişafa və sülhə töhfə verəcək"
"Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə dördüncü Könüllü Milli Hesabatını təqdim etmiş azsaylı ölkələrdən biri kimi çıxış edir. 2027-ci ildə ölkəmiz tərəfindən beşinci Könüllü Milli Hesabatın təqdim olunması planlaşdırılır".