Son dəqiqə
Avropa çempionatı: Sərbəst və qadın güləşçilərimiz xalça üzərinə çıxırlarÖtən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISIAğcabədidə güclü YANĞIN: Evdən yeniyetmənin meyiti tapıldıBakıda parkda meyit tapıldıAzərbaycan nefti ucuzlaşıbAzərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Məşhur avtomobil Çində gənc olmayan insanlar üçün brend kimi tanındı
Məşhur avtomobil Çində gənc olmayan insanlar üçün brend kimi tanındı
Dünya

Məşhur avtomobil Çində gənc olmayan insanlar üçün brend kimi tanındı

Bu gün
08:40
0 baxış
Paylaş:

Çindəki "Volkswagen" avtomobil şirkətinin rəhbəri Robert Çitseke brendin hazırkı mövqeyini qiymətləndirərkən maraqlı bir etiraf edib. O, gənclərin gözündə alman brendinin artıq cəlbedici olmadığını və "valideynlərin seçimi" statusuna düşdüyünü bildirib.

Çindəki "Volkswagen" avtomobil şirkətinin rəhbəri Robert Çitseke brendin hazırkı mövqeyini qiymətləndirərkən maraqlı bir etiraf edib. O, gənclərin gözündə alman brendinin artıq cəlbedici olmadığını və "valideynlərin seçimi" statusuna düşdüyünü bildirib.

Gundem.today "IT Home" nəşrinə istinadən xəbər verir ki, bu açıqlama bazarın sürətlə dəyişdiyi bir dövrdə səslənib. Belə ki, 2024-cü ildə Çinin yerli BYD şirkəti satış rəqəmlərinə görə "Volkswagen"i geridə qoyaraq birinci yerə çıxıb. 2025-ci ildə isə alman nəhəngi "Geely" şirkətini də özündən qabağa buraxaraq üçüncü yerə enib.

Robert Çitseke Çin bazarının alman istehsalçılar üçün çox sərt rəqabət meydanına çevrildiyini və dəyişikliklərin miqyasının bütün gözləntiləri aşdığını qeyd edib. Müqayisə üçün xatırladaq ki, 1985-ci ildə Şanxay avtosalonunda ilk dəfə iştirak edən "Volkswagen" o zaman çinli qonaqların böyük marağına səbəb olmuşdu; hətta o dövrdə ziyarətçilər reklam broşürlərinin çap keyfiyyətinə belə heyran qalmışdılar.

Bu gün isə "Volkswagen"in təhlükəsizlik, etibarlılıq və keyfiyyət kimi ənənəvi üstünlükləri brend üçün bir növ "yük"ə çevrilib. Gənclər daha çox innovasiya və müasir texnologiyalar axtarır. Bu problemi həll etmək və gənc müştəriləri geri qaytarmaq üçün "Volkswagen" rəhbərliyi cari ildə Çində 20 yeni model təqdim etməyi planlaşdırır. Bu modellərə təmiz elektromobillər (EV), hibridlər (PHEV) və uzadılmış gediş ehtiyatı olan avtomobillər (EREV) daxildir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Volkswagen#Çin_avtomobil_bazarı#Robert_Çitseke#alman_avtomobilləri#BYD#Geely#elektromobillər#yeni_avtomobil_modelləri#hibrid_avtomobillər#avto_sənaye.

Oxşar Xəbərlər

ABŞ-nin hərbi dəniz qüvvələri nazirinin istefasının PƏRDƏARXASI MƏQAMLARIDünya

ABŞ-nin hərbi dəniz qüvvələri nazirinin istefasının PƏRDƏARXASI MƏQAMLARI

ABŞ-nin hərbi dəniz qüvvələri (HDQ) naziri postundan kənarlaşdırılan Con Felan daha öncə Ağ Ev rəhbəri Donald Trampı onu bu vəzifədə saxlamağa inandırmağa cəhd göstərib.

Bu gün
09:250
Maduronun devrilməsinə mərc edən amerikalı hərbçi həbs olunduDünya

Maduronun devrilməsinə mərc edən amerikalı hərbçi həbs olundu

ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak edən xüsusi təyinatlı hərbçi Qannon Ken Van Daykın həbs olunduğunu açıqlayıb. O, insayder məlumatlarından istifadə etməkdə ittiham olunur: istintaqın məlumatına görə, hərbçi "Polymarket" platformasında Venesuela liderinin vəzifədən kənarlaşdırılması ilə bağlı mərclərdən 400 min dollardan çox gəlir əldə edib.

Bu gün
09:160
ABŞ-də tornado: 10 nəfər xəsarət alıbDünya

ABŞ-də tornado: 10 nəfər xəsarət alıb

ABŞ-nin Oklahoma ştatının şimal bölgələrini cənginə alan tornado nəticəsində ən azı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu gün
08:500
ABŞ-də tornado: 10 nəfər xəsarət alıb - VİDEODünya

ABŞ-də tornado: 10 nəfər xəsarət alıb - VİDEO

ABŞ-nin Oklahoma ştatının şimal bölgələrini cənginə alan tornado nəticəsində ən azı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu gün
08:500