
Metrodakı problem zamanı niyə daxili generatorlardan istifadə etmək mümkün olmayıb? - RƏSMİ AÇIQLAMA
"Bakı Metropoliteninin alternativ enerji ilə təmin edən dizel elektrik stansiyası tam hazır vəziyyətdə olsa da, hadisə zamanı həmin generatorlarla metroya enerji vermək mümkün olmayıb".
"Bakı Metropoliteninin alternativ enerji ilə təmin edən dizel elektrik stansiyası tam hazır vəziyyətdə olsa da, hadisə zamanı həmin generatorlarla metroya enerji vermək mümkün olmayıb".
Gundem.today-ın məlumatına görə, bunu bu gün metro stansiyalarında baş verən hadisə barədə jurnalistlərə açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hadisə metro stansiyalarına gələn xətdə baş verdiyindən həmin generatorlar işə salınmayıb:
"Metro stansiyasına gələn elektrik xətti dayanarsa, həmin vaxt bizim generatorlar işə düşür və metropoliten elektrik enerjisi ilə təmin olunur. Amma bu hadisə metronun daxilindəki xətdə baş verdiyi üçün generatorlar vasitəsilə metro stansiyalarına elektrik enerjisi verilə bilməyib. Çünki bu hadisə metronun elektrik stansiyasından metro stansiyalarına gələn xətdə baş verib. Əgər hadisə "Azərişıq" ASC-dən metronun elektrik stansiyasına gələn xətdə baş versəydi, o zaman dizel generatorları işə salına bilərdi və bu zaman metronun gərginliyi tam təmin olunardı. Problem metronun daxilindəki xətdə olduğundan, generatorlardan istifadə etmək mümkün olmayıb".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMasazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır" - VİDEO
Masazır qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
CəmiyyətBakı-Quba yolunda bir maşın qarğıdalı YOLA TÖKÜLÜB - VİDEO
Bakı-Quba avtomobil yolunda maşından dağılan qarğıdalı dənələri sürücülərin diqqətini çəkib.
CəmiyyətQubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" - VİDEO
Quba rayonunun ucqar yaşayış məntəqələrindən biri olan Məckəxacə kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə həsrətdirlər.
CəmiyyətGörmədilər, yoxsa görmək istəmədilər?
Kubra Məhərrəmova yazır...