
Moskvada elit binanın tikintisində yanğın: Ölənlərin sayı artdı - VİDEO
Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində inşa edilən binada baş vermiş yanğın nəticəsində həyatını itirənlərin sayı beşə çatıb.
Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində inşa edilən binada baş vermiş yanğın nəticəsində həyatını itirənlərin sayı beşə çatıb.
Gundem.today xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerindən 31 nəfər xilas edilib, daha doqquz nəfər isə tibb işçiləri tərəfindən müayinə olunur. Nazirlikdən verilən məlumata görə, alovun söndürülməsi üçün əraziyə şəhərin təcili xidmətlərinin 200-dən çox şəxsi heyəti və 65-ə yaxın xüsusi texnikası cəlb olunub. Əvvəlcə yanğının lokallaşdırıldığı, daha sonra isə 1.4 min kvadratmetr ərazini əhatə edən alovun tamamilə söndürüldüyü bildirilib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq prosesini Moskva Prokurorluğu aparır. Qurumdan bildirilib ki, alovlanmanın dəqiq səbəbləri yanğın-texniki ekspertizasının yekunlarına əsasən məlum olacaq.
Moskvada elit yaşayış binasının tikinti sahəsində baş verən yanğın nəticəsində üç nəfər həlak olub.
Gundem.today xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS-a məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində yeddi nəfər yaralanıb.
"Son məlumata görə, 31 nəfər xilas edilib, yeddi nəfər yaralanıb, üç nəfər isə həlak olub. Binanın ikinci mərtəbəsində xilasetmə işləri davam edir", - deyə açıqlamada bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda hökuməti devirmək planı niyə uğursuz oldu? - Detallar - VİDEO
İsrailin "Yediot ahronot" qəzeti geniş bir hesabat dərc edərək son müharibə zamanı İranda hakimiyyətin devrilməsinə yönəlmiş planın detallarını açıqlayıb.
DünyaKolumbiyada prezidentliyə namizədə sui-qəsd hazırlanıb - Hökumətdən xəbərdarlıq
Kolumbiya hakimiyyəti müxalifət düşərgəsindən prezidentliyə namizəd Paloma Valensiyanı ona qarşı planlaşdırılan sui-qəsd barədə xəbərdar edib.
DünyaRusiyalı məşhur müğənnidə yadplanetli DNT-si tapılıb
Rusiyanın Əməkdar artisti Katya Lel bədənində yadplanetli DNT-sinin aşkar olunduğunu bildirib.
DünyaRusiya ordusu Xarkov və Donetskdə yaşayış məntəqələrini nəzarətə götürdü
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində Zemlyanka yaşayış məntəqəsini nəzarətə götürüb.