Son dəqiqə
Buryatiyada qar uçqunu: Ölənlərin sayı artdıQusarda bir qəsəbə və 25 kəndin qazı kəsiləcəkPaytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 28.04.2026Şirvanda "Salyan dairəsi" sürücülərin KABUSUNA ÇEVRİLİB - FOTOSürücülərin və digər yol hərəkəti iştirakçılarının NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərlə bağlı QƏRARSaatlarla gözləyib, səhv sənəd almaq tarixə qovuşur - İT eksperti görüləcək tədbirləri sadaladı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Zinəddin Zidanın oğlunun başına iş gəldi: Meydandan yarımçıq çıxdı
Zinəddin Zidanın oğlunun başına iş gəldi: Meydandan yarımçıq çıxdı
İdman

Zinəddin Zidanın oğlunun başına iş gəldi: Meydandan yarımçıq çıxdı

Bu gün
16:44
0 baxış
Paylaş:

İspaniya çempionatının ikinci divizionunda baş tutan "Almeriya" ilə qarşılaşmada "Qranada"nın və Əlcəzair milli komandasının qapıçısı Luka Zidan ağır zədə alıb.

İspaniya çempionatının ikinci divizionunda baş tutan "Almeriya" ilə qarşılaşmada "Qranada"nın və Əlcəzair milli komandasının qapıçısı Luka Zidan ağır zədə alıb.

Gundem.today xəbər verir ki, gənc qolkiperin həm beyni silkələnib, həm də çənəsi sınıb.

Bazar günü Qranada şəhərində keçirilən 37-ci turun matçı qonaqların 2:4 hesablı qələbəsi ilə yekunlaşıb. Luka Zidan isə aldığı ciddi zədə səbəbindən oyunun sonlarında meydanı tərk etmək məcburiyyətində qalıb.

"Luka Zidanın "Almeriya"ya qarşı matçda keçirdiyi beyin silkələnməsindən sonra aparılan tibbi müayinələr qapıçının çənəsində də sınıq olduğunu aşkar edib", - deyə "Qranada" klubunun mətbuat xidmətinin yaydığı rəsmi məlumatda qeyd olunub.

Hazırda 27 yaşlı futbolçunun yaşıl meydanlara nə vaxt dönəcəyi və dəqiq bərpa müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, Luka Zidan dünya və Avropa çempionu, "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın oğludur. Bir müddət əvvəl kiçik Zidan idman vətəndaşlığını Fransadan Əlcəzairə dəyişərək Afrika ölkəsinin milli komandasında çıxış etməyə başlayıb.

Məlumat üçün bildirək ki, 2026-cı il dünya çempionatının qrup mərhələsində Əlcəzair yığması Argentina, Avstriya və İordaniya komandalarına qarşı mübarizə aparacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#"Qranada"_və_Əlcəzair_millisinin_qapıçısı#Zinəddin_Zidanın_oğlu_Lüka_Zidan_"Almeriya"_ilə_matçda_beyin_silkələnməsi_keçirib_və_çənəsini_sındırıb._Zədənin_detalları.

Oxşar Xəbərlər

"Fənərbağça"dan MÜHÜM QƏRAR: Növbəti prezident seçkisinin tarixi rəsmiləşdiİdman

"Fənərbağça"dan MÜHÜM QƏRAR: Növbəti prezident seçkisinin tarixi rəsmiləşdi

"Fənərbağça" klubunda maraqla gözlənilən növbəti prezident seçkisinin dəqiq tarixi artıq bəlli olub.

Bu gün
16:320
"Qalatasaray"da böyük dəyişiklik: Hücum xətti yenidən qurulurİdman

"Qalatasaray"da böyük dəyişiklik: Hücum xətti yenidən qurulur

"Qalatasaray" klubu yay transfer pəncərəsi üçün hazırlıqlara başlayıb.

Bu gün
16:200
Dünya çempionatında sarı vərəqə qaydaları dəyişir? - YENİ QƏRARİdman

Dünya çempionatında sarı vərəqə qaydaları dəyişir? - YENİ QƏRAR

Futbolçuların pley-off mərhələsinin həlledici oyunlarını buraxma riskini minimuma endirmək məqsədilə dünya çempionatında qrup mərhələsinin, eləcə də 1/4 finalın yekunlarına əsasən bütün sarı vərəqələrin ləğv edilməsi planlaşdırılır.

Bu gün
15:560
PSJ-nin "Bavariya" ilə oyunu hansı kanalda yayımlanacaq?İdman

PSJ-nin "Bavariya" ilə oyunu hansı kanalda yayımlanacaq?

Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilir.

Bu gün
15:480