
"Mossad" rəhbəri: "Düşmən sirlərinin mərkəzindən strateji məlumatlar əldə etdik"
"İsrail Müdafiə Qüvvələri (SAXAL) ilə birlikdə dövlətin strateji mövqeyi dəyişdirilib və gücü artırılıb".
"İsrail Müdafiə Qüvvələri (SAXAL) ilə birlikdə dövlətin strateji mövqeyi dəyişdirilib və gücü artırılıb".
Gundem.today-ın "Mignews" nəşrinə istinadən xəbərinə görə, bu barədə İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinin rəhbəri David Barnea qurumun qərargahında 2025-ci il üzrə mükafatların təqdim edilməsi mərasimi zamanı bildirib.
Tədbirdə həmçinin rəhbərlik nümayəndələri, "Mossad" əməkdaşları, eləcə də İsrail Müdafiə Qüvvələrindən və digər təhlükəsizlik, kəşfiyyat qurumlarından nümayəndələr iştirak ediblər.
Bildirilib ki, bu il ölkənin təhlükəsizliyinə əhəmiyyətli töhfə verən, müxtəlif təhlükəsizlik və kəşfiyyat qurumları ilə yüksək səviyyədə koordinasiyanı əks etdirən 10 əməliyyat və layihə qeydə alınıb.
Bu layihələr arasında düşmənin qapalı strukturlarından strateji və taktiki kəşfiyyat məlumatlarının əldə edilməsi üzrə proseslər də var. Barneanın sözlərinə görə, bu əməliyyatlar İrana qarşı kampaniya çərçivəsində və şimal istiqamətində bir sıra addımların reallaşdırılmasını asanlaşdırıb, eləcə də kəşfiyyat üstünlüyünün qorunmasına imkan yaradıb.
"Biz düşmən sirlərinin birbaşa mərkəzindən strateji və taktiki kəşfiyyat məlumatları əldə etdik", - deyə o vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda hökuməti devirmək planı niyə uğursuz oldu? - Detallar - VİDEO
İsrailin "Yediot ahronot" qəzeti geniş bir hesabat dərc edərək son müharibə zamanı İranda hakimiyyətin devrilməsinə yönəlmiş planın detallarını açıqlayıb.
DünyaKolumbiyada prezidentliyə namizədə sui-qəsd hazırlanıb - Hökumətdən xəbərdarlıq
Kolumbiya hakimiyyəti müxalifət düşərgəsindən prezidentliyə namizəd Paloma Valensiyanı ona qarşı planlaşdırılan sui-qəsd barədə xəbərdar edib.
DünyaRusiyalı məşhur müğənnidə yadplanetli DNT-si tapılıb
Rusiyanın Əməkdar artisti Katya Lel bədənində yadplanetli DNT-sinin aşkar olunduğunu bildirib.
DünyaRusiya ordusu Xarkov və Donetskdə yaşayış məntəqələrini nəzarətə götürdü
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində Zemlyanka yaşayış məntəqəsini nəzarətə götürüb.