
Müharibə iştirakçısı qardaşı oğlunu öldürdü - 20 yaşlı "Rüzgar"ın həyatına son qoyan şəxsə HÖKM OXUNDU
Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarı ilə B.İbadov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Orxan Kəngərli çıxışında təqsirləndirilən şəxs üçün 17 il həbs cəzası istəyib.
* Qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxs: "Üstünə cumanda qadın kimi səslər çıxararaq qışqırdı"
* Bakıda ana oğlunun qatilini BAĞIŞLADI
* Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilənin məhkəmə istintaqı yekunlaşdı
Xatırladaq ki, Babək İbadov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, hadisə 2025-ci il noyabrın 6-da paytaxtın Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. 20 yaşlı Yasin İbadov bıçaqlanaraq qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov saxlanılıb. Qətlə yetirilən Y.İbadovun "Rüzgar" ləqəbi ilə tanındığı qeyd olunur.
B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT
Həbsxanadan cəbhəyə, cəbhədən isə yenidən dəmir barmaqlıqlar arxasına... Ukraynanın ən ağır döyüş bölgələrindən biri olan Baxmutda vuruşmuş Azərbaycan vətəndaşına hökm oxunub.
KriminalMəhkəmədən gözlənilməz qərar: Müharibə iştirakçısı olan qatilə prokurorun istədiyindən ikiqat ağır hökm verildi
Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalFəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI
Bakı Ağır Cinayətlər Məhkəməsində fəhlə yoldaşını qətlə yetirərək meyiti hissələrə ayıran və dərəyə atan Fazil Feyzullayev və ona kömək etməkdə təqsirləndirilən Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
KriminalNovxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldı
Abşeron rayonu, Novxanı qəsəbəsində 22 yaşlı gənc qətlə yetirilib.