
Muşketyor d'Artanyanın qalıqlarının tapıldığı güman edilir
XVII əsrdə yaşamıış məşhur fransalı muşketyor d'Artanyanın skeleti yüksək ehtimalla Niderlandın cənubundakı Maastrixt şəhərinin kilsəsində aşkar edilib.
XVII əsrdə yaşamıış məşhur fransalı muşketyor d'Artanyanın skeleti yüksək ehtimalla Niderlandın cənubundakı Maastrixt şəhərinin kilsəsində aşkar edilib.
Gundem.today bu barədə NOS telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına əsasən, qalıqlar fevral ayında kilsədə döşəmənin qismən çökməsindən sonra aparılan təmir işləri zamanı aşkar edilib. Skelet əvvəllər kilsənin qurbangah yerləşdiyi hissəsində tapılıb. O dövrdə qurbagahın altında yalnız zadəgan və ya nüfuzlu şəxslər dəfn edilirdi. Bundan başqa, sinə nahiyəsində muşket gülləsinin qalıqları, cəsədin yanında isə fransız sikkəsi aşkar edilib.
Arxeoloqların məlumatına görə, söhbət, Fransa kralı XIV Lüdovikin yaxın adamı və kral muşketyorlarının komandiri Şarl de Bats de Kastelmordan, qraf d'Artanyandan gedir. Ehtimal olunur ki, o, 1673-cü ildə Maastrixtin mühasirəsi zamanı, sinə və ya boğaz nahiyəsindən aldığı yara nəticəsində həlak olub. Hesab edilir ki, davam edən döyüş əməliyyatları səbəbindən onun cəsədi öldüyü yerdə dəfn edilib, lakin dəfnin dəqiq yeri indiyədək məlum deyildi.
Tapılan qalıqların şəxsiyyətini təsdiqləmək üçün DNT nümunəsi götürülüb. Tədqiqatın nəticələrinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
D'Artanyan Fransanın milli qəhrəmanı sayılır və Aleksandr Dümanın 1844-cü ildə nəşr edilmiş "Üç muşketyor" romanı sayəsində dünya şöhrəti qazanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünyanın ən nəzakətli ölkələri açıqlanıb - REYTİNQ
ABŞ-nin onlayn pul köçürmələri ilə məşğul olan "Remitly" şirkəti ən nəzakətli ölkələrin siyahısını açıqlayıb.
DünyaABŞ universitetlərində süni intellekt səbəbindən şifahi imtahanlar tətbiq edilir
ABŞ universitetləri tələbələr tərəfindən süni intellektin geniş istifadəsi fonunda biliklərin qiymətləndirilməsi üçün getdikcə daha çox şifahi imtahanlar tətbiq edir.
Dünya"Labubu" oyuncaqları rekord gəlir qazandırdı
Çinin oyuncaq istehsalı üzrə ixtisaslaşan "Pop Mart International Group Ltd." şirkətinin səhmləri 2025-ci il üzrə maliyyə göstəricilərinin açıqlanmasından sonra kəskin dəyər itirib. Halbuki şirkətin gəlirləri 2.8 dəfədən, xalis mənfəəti isə dörd dəfədən çox artıb.
Dünya"Apple" Britaniyada istifadəçilərin yaşının yoxlanılmasına başlayıb
"Apple" şirkəti Böyük Britaniyada qadcet istifadəçiləri üçün yaşın təsdiqi ilə bağlı yeni tələblər tətbiq edib.