
"Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edir
"Global Media Group" və UNEC Tədqiqat Fondunun birgə əməkdaşlığı çərçivəsində "Report" İnformasiya Agentliyində yeni analitik layihənin icrasına başlanılıb.
"Global Media Group" və UNEC Tədqiqat Fondunun birgə əməkdaşlığı çərçivəsində "Report" İnformasiya Agentliyində yeni analitik layihənin icrasına başlanılıb.
Gundem.today xəbər verir ki, layihə çərçivəsində araşdırmalar dünyanın media nəhənglərinin uğurla tətbiq etdiyi "longread" (ingiliscə "uzun oxu") formatında təqdim ediləcək.
Yeni analitik məhsulda Azərbaycanda və dünyada gedən ən aktual proseslərin, milli və transmilli layihələrin geniş və hərtərəfli təhlili veriləcək.
Oxucular rahat və oxunaqlı üslubda hazırlanmış araşdırma yazıları ilə "Report"un saytında yaradılmış "Longread" modulunda tanış ola biləcəklər.
Məqalələrdə rəsmi statistika, dövlət qurumları və beynəlxalq təşkilatların məlumatları ilə yanaşı, ekspert rəyləri, foto və infoqrafika elementləri də əksini tapacaq. Layihə çərçivəsində həmçinin, aktual mövzular üzrə videomüsahibələr, podkastlar, videoreportajlar təqdim olunacaq.
Əsas məqsəd oxucuda seçilmiş mövzu haqqında tam və müfəssəl təsəvvür formalaşdırmaq, onu mövcud durum və proqnozlarla tanış etməkdir.
"Global Media Group" haqqında:
"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə ("Facebook" | "Instagram" | "LinkedIn" | "YouTube") müraciət edə bilərsiniz.
UNEC Tədqiqat Fondu haqqında:
UNEC Tədqiqat Fondu - müasir cəmiyyəti maraqlandıran sahələrdə tədqiqatlar təşkil edən tədqiqat, analitika və ekspert mərkəzidir.
Fondun fəaliyyəti, həmçinin, ekspertizaların həyata keçirilməsini, məsləhət xidmətlərinin göstərilməsini, forsaytinq və proqnozlaşdırmanı, profil tədbirlərinin təşkilini də əhatə edir.
UNEC Tədqiqat Fondu haqqında daha ətraflı məlumat əldə etmək üçün www.unectf.org veb-saytına müraciət edə bilərsiniz.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
"Space" televiziyasına yeni baş direktor təyin edilib.
CəmiyyətKollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/27-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.
CəmiyyətNeftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaq
Mayın 5-də saat 10:00-dan etibarən Neftçala və Hacıqabul rayonlarının bəzi ərazilərində qaz müvəqqəti kəsiləcək.
CəmiyyətTƏBİB-də üç yüksək vəzifəyə TƏYİNAT - FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəhbərliyində yeni təyinatlar olub.