
Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilliyə AĞIR CƏZA
Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilli barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilli barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Gundem.today APA-ya istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılıb.
Məhkəmənin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Vüsal Yusif oğlu Kamilli Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə zərər vurmaq məqsədilə qəsdən casusluq fəaliyyəti həyata keçirərək dövlətə xəyanət edib.
Bildirilir ki, o, DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub.
Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıdakı kütləvi davanın iştirakçılarından daha ikisi SAXLANILDI
Bakıda baş vermiş kütləvi davanı törədən şəxslərdən daha ikisi saxlanılıb.
Kriminalİki milyon manatlıq qaçaqmal və sərhəddə dron insidenti: Apreldə nələr baş verib?
Apreldə Azərbaycanın dövlət sərhədini pоzduğuna görə 18 nəfər saxlanılıb.
KriminalPolkovnikin oğlunu qətlə yetirən şəxs: "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rihat Cəfərovun cinayət işinin bəzi detalları məlum olub.
KriminalOğurluq edən qaraçıların məhkəməsi başlayıb
Evə daxil olaraq oğurluq etməkdə təqsirləndirilən qaraçıların məhkəməsi başlayıb.