
Nazirdən yetkinlik yaşına çatmayanlarla bağlı TƏLƏB
Daxili işlər nazir general-polkovnik Vilayət Eyvazov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik addımların davam etdirilməsini tələb edib.
Daxili işlər nazir general-polkovnik Vilayət Eyvazov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik addımların davam etdirilməsini tələb edib.
Gundem.today-ın məlumatına görə, o, kollegiya iclasında bildirib ki, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqlar mövcuddur.
Nazir onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib.
DİN rəhbəri, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQubanın kəndində qaz PROBLEMİ: "Bəzi ailələr odun da tapa bilmirlər" - VİDEO
Quba rayonunun ucqar yaşayış məntəqələrindən biri olan Məckəxacə kəndinin sakinləri uzun illərdir mavi yanacaq üzünə həsrətdirlər.
CəmiyyətGörmədilər, yoxsa görmək istəmədilər?
Kubra Məhərrəmova yazır...
CəmiyyətAilə münaqişəsi zəminində törədilən cinayətlərin sayı AZALIB
"DİN və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90.1 faizi açılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4.9 faiz azalma baş verib".
CəmiyyətSəbail rayonunun bir hissəsində üç saatdır qaz kəsilib
Saat 14:40-dan etibarən Səbail rayonunun 20-ci Sahə adlanan ərazisinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılıb.