
"Neftçi" hakim səhvləri ilə bağlı BƏYANAT YAYDI: "Günahkarların ən sərt formada cəzalandırılmasını tələb edirik"
"Neftçi" Peşəkar Futbol Klubu Premyer Liqada qeydə alınan hakim səhvləri ilə bağlı bəyanat yayıb.
"Neftçi" Peşəkar Futbol Klubu Premyer Liqada qeydə alınan hakim səhvləri ilə bağlı bəyanat yayıb.
Gundem.today xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda Misli Premyer Liqasının 28-ci turunda keçirilmiş "Zirə" ilə qarşılaşmada klubun oyunun bütün gedişatı boyunca və eyni zamanda son dəqiqələrdə hakim səhvləri ilə üzləşdiyini diqqətə çatdırıb:
"90+4-cü dəqiqədə "Zirə"nin qolu qaydaların kobud şəkildə pozulması ilə vuruldu, rəqib komandanın futbolçusu Ruan Renatonun oyundan kənar vəziyyətdə olmasına və "Neftçi"nin qapıçısı Kenan Piriçin görmə bucağını kəsməsinə baxmayaraq, qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alındı, VAR-da əyləşən Nicat İsmayıllı isə bu epizoda müdaxilə etmədi.
Bu səhv mövsümün həlledici mərhələsində "Neftçi"nin növbəti ədalətsiz xal itkisinə gətirib çıxarmaqla yanaşı, qoldan sonra hər iki komandanın futbolçuları arasında yaranmış mübahisələr və VAR-ın səssiz qalması səbəbi ilə meydanda baş verən hadisələr nəticəsində baş məşqçi Yuri Vernidub, baş məşqçinin köməkçisi Dmitro Kara-Mustafa və futbolçu Breno Almeydaya əsassız qırmızı vərəqələr göstərildi", - bəyanatda vurğulanır.
Bundan başqa, qeyd olunub ki, aprelin 20-də "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri, "Neftçi" PFK-nın baş icraçı direktoru və klubun digər nümayəndələri AFFA rəsmiləri və Hakimlər Komitəsinin sədri ilə görüşüblər.
"Görüş zamanı klubumuz sözügedən oyunda qapımıza vurulan qola etiraz edib, eyni zamanda məşqçilərimiz və futbolçumuza göstərilən əsassız qırmızı vərəqələrin ləğv olunmasını tələb edib. Həmçinin mövsüm ərzində bir neçə dəfə təkrarlanan kobud hakim səhvlərini sərt şəkildə qınayıb, bir çox hakimlərin "Neftçi"yə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyini bildirib.
Klub nümayəndələri "Zirə" - "Neftçi" oyununda verilmiş yanlış qərarlara etirazını bildirib, həmin qərarların əsaslandırılmasını tələb ediblər. Hakimlər Komitəsinin sədri tərəfindən verilmiş cavablar klub rəsmilərini qismən qane edib.
Hakimlər Komitəsinin 20.04.2026 tarixli qərarı ilə "Zirə" - "Neftçi" oyununun hakimlərinin açıq-aşkar kobud səhvə yol verdiyinin etiraf olunmasını təqdirəlayiq hesab edirik. Bununla belə, təəssüf hissi ilə bildiririk ki, itirilən xallar geri qayıtmayacaq və bu hal mövsümdə artıq birinci dəfə baş vermir.
Bir daha bu mövsüm "Neftçi"nin oyunlarında dəfələrlə təkrarlanan kobud səhvləri bəzi hakimlərin komandamıza qarşı ədalətsiz və qərəzli münasibəti ilə əlaqələndirir, günahkarların ən sərt formada cəzalandırılmasını, bu kimi halların dayandırılmasını və gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlərə əl atılmasını AFFA Hakimlər Komitəsindən tələb edirik.
"Neftçi" PFK olaraq aşağıdakıları bəyan edirik:
1. "Neftçi"yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik;
2. Bu kampaniyanı aparanlara öz məqsədlərinə nail olmayacağını bildirir və ölkənin ən qədim, köklü futbol klubu olan "Neftçi" olaraq sona qədər mübarizə aparacağıq;
3. Qarşımızda kimin olub-olmamasına baxmayaraq, böyük "Neftçi" camiəsinin - azarkeşlərin arxamızda olması yetərlidir;
4. Bütün çətinliklərə rəğmən, "Neftçi" Azərbaycan futbolunun flaqmanı olub və bundan sonra da olacaq", - bəyanatda qeyd edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycan Kubokunda ilk finalçının adı bəlli olur: "Zirə", yoxsa "Turan Tovuz"?
Futbol üzrə Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
İdmanKeniyalı idmançı Boston marafonunda rekord müəyyənləşdirdi
Keniyalı Con Korir Bostonda keçirilən 130-cu Boston marafonunun qalibi olub.
İdmanİngiltərə Premyer Liqasını tərk edən ilk komanda müəyyənləşdi
"Vulverhempton" 2025/26 mövsümünün nəticələrinə əsasən, İngiltərə Premyer Liqasında yerini qoruyub saxlamaq şansını itirib.
İdmanYurgen Klinsmanın oğlu matç zamanı boynunu sındırıb
Sabiq almaniyalı futbolçu və məşqçi Yurgen Klinsmanın oğlu, "Çezena" klubunun amerikalı qapıçısı, Conatan Klinsman İtaliya B Seriyasının 35-ci turunda "Palermo"ya qarşı oyunda (0:2) boyun fəqərəsini sındırıb.