
"Neftçi" ilə matçda Medinadan tarixi göstərici
"Qarabağ"ın kolumbiyalı müdafiəçisi Kevin Medina komandanın heyətində özünün 200-cü matçına çıxıb.
"Qarabağ"ın kolumbiyalı müdafiəçisi Kevin Medina komandanın heyətində özünün 200-cü matçına çıxıb.
Gundem.today-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçunun bu əlamətdar yubileyi Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan və "Neftçi"nin 5:1 hesablı məğlubiyyəti ilə yekunlaşan qarşılaşmada reallaşıb.
Təcrübəli oyunçu meydana çıxdığı bu 200 görüş ərzində rəqib qapılarından 6 top keçirməyi bacarıb.
Bu, Medinanın çempionat çərçivəsində 117-ci (3 qol) sınağıdır. Müdafiəçi eyni zamanda avrokuboklarda 69 (3 qol), Azərbaycan kubokunda isə 14 matçda iştirak edib.
Məlumat üçün bildirək ki, cənubi amerikalı legioner 2020-ci ilin yay aylarından etibarən Ağdam təmsilçisinin şərəfini qoruyur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMusa Qurbanlı "Qarabağ"ın səfər matçlarında yubiley qolunun müəllifi oldu
"Qarabağ" Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub.
İdman"Neftçi" - "Qarabağ" matçında tarixi an: Son 15 mövsümün rekordu qeydə alındı
Misli Premyer Liqasının XXIX turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununu stadiondan 9500 tamaşaçı izləyib.
İdman"Turan Tovuz"la matçda vurulan həlledici qol Volkov üçün xüsusi olub
Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan "Turan Tovuz"la gərgin səfər qarşılaşması (1:1) "Zirə"nin legioneri Davit Volkov üçün xüsusi əhəmiyyət kəsb edən qolla yadda qalıb.
İdman"Sumqayıt" 50-yə çatdı
"Sumqayıt" futbol klubu Azərbaycan Premyer Liqası tarixində özünün yubiley - 50-ci səfər qələbəsini rəsmiləşdirib.