Son dəqiqə
Şirvanda peşə liseyinə yeni direktor təyin edilib - FOTOAzərbaycan Memarlıq və İnşaat Universitetində yanğın: Tələbələr təxliyə edildilərHarri Keynin "Bavariya"da oyun mövqeyi dəyişirNazirlər Kabinetindən arxiv sahəsi üzrə YENİ QƏRAR"BakuBus" sürücüsünün davranışı müzakirə yaratdı: "İkinci zolaqda saxlayıb aptekə getdi"AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Prezident iki quruma yeni səlahiyyətlər verdi
Prezident iki quruma yeni səlahiyyətlər verdi
Siyasət

Prezident iki quruma yeni səlahiyyətlər verdi

Bu gün
14:19
0 baxış
Paylaş:

"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilib.

"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilib.

Gundem.today President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla dövlət xidmətinin istifadəçisi üçün vahid hüquqi nəticənin yaranmasına səbəb olan hər hansı bir inzibati icraat fərqli xidmət təminatçıları tərəfindən təmin edilən bir neçə dövlət xidmətindən ibarətdirsə, həmin dövlət xidmətləri İqtisadiyyat Nazirliyi, vahid xidmət mərkəzlərində isə "ASAN Xidmət" tərəfindən əlaqələndirilməklə formalaşdırılmalıdır.

Həmçinin, dövlət xidmətlərinin göstərilməsinin çevikliyini, səmərəliliyini artırmaq, habelə xidmət istifadəçilərinin əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaq, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaları tətbiq etməklə həyata keçirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda dövlət xidmətləri xidmət təminatçısına tabe olmayan, maraqlar toqquşmasını istisna edən nəzarət və monitorinq mexanizminin təmin edildiyi vahid və əlaqələndirilmiş formada sözügedən dövlət qurumlarının müəyyən etdiyi orqanın (qurumun) vahid xidmət mərkəzlərində həyata keçirilə bilər. Bu halda xidmət təminatçısı tərəfindən vahid xidmət mərkəzlərində həyata keçirilən dövlət xidmətinin dizaynının hazırlanması və reqlamentinin təsdiq edilməsi "ASAN Xidmət"in müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həyata keçirilir.

Bundan başqa, dövlət xidmətinin göstərilməsi ilə əlaqədar həmin xidmət üzrə xidmət təminatçısından əlavə sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki və hüquqi şəxslər tərəfindən əlavə xidmətlər göstərilirsə, həmin fiziki və hüquqi şəxslərin siyahısı xidmət təminatçısının və "ASAN Xidmət"in müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və aktuallığı təmin edilir. Bu bənddə orqan dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev#İqtisadiyyat_Nazirliyi#ASAN_xidmət#Azərbaycan_Respublikası#Antiinhisar_və_İstehlak_Bazarına_Nəzarət_Dövlət_Agentliyi

Oxşar Xəbərlər

Nazirlər Kabinetindən arxiv sahəsi üzrə YENİ QƏRARSiyasət

Nazirlər Kabinetindən arxiv sahəsi üzrə YENİ QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabineti arxiv sahəsi ilə bağlı yeni qərar qəbul edib.

Bu gün
15:230
İllər sürən həsrətin sonu: Xocavənd bu gün əzəli sahiblərini qarşıladı - FOTO - VİDEOSiyasət

İllər sürən həsrətin sonu: Xocavənd bu gün əzəli sahiblərini qarşıladı - FOTO - VİDEO

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.

Bu gün
14:500
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTOSiyasət

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu gün
14:230
Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqSiyasət

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş" təsdiq edilib.

Bu gün
14:080