
Starmer: "İrandakı müharibə britaniyalıların bəzi vərdişlərini dəyişdirə bilər"
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, İrandakı müharibənin fəsadlarına görə britaniyalılar böyük ehtimalla bəzi vərdişlərini dəyişmək məcburiyyətində qalacaqlar.
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, İrandakı müharibənin fəsadlarına görə britaniyalılar böyük ehtimalla bəzi vərdişlərini dəyişmək məcburiyyətində qalacaqlar.
Gundem.today xəbər verir ki, bu barədə o, "Sky News" telekanalına müsahibəsində vurğulayıb. Hökumət rəhbəri deyib ki, Hörmüz boğazı dərhal açılsa belə, krallığın iqtisadiyyatındakı çətinliklər bir anda yoxa çıxmayacaq və öz təsirini davam etdirəcək.
"Məncə, bir çox amil münaqişənin nə qədər çəkəcəyindən asılı olacaq. Nəticələr ağırlaşarsa, insanların bu il istirahətə hara gedəcəkləri, supermarketdən hansı məhsulları alacaqları və digər bu kimi vərdişlərini dəyişdirmələri lazım gələ bilər", - deyə o söyləyib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri bildirib ki, Yaxın Şərqdə yaranan gərginliyin krallıqda yaşayış xərclərinə təsiri qaçılmaz olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvropa İttifaqının yeni qanununa Çindən sərt etiraz
"Avropa İttifaqının sənayenin inkişafını sürətləndirən qanunu sərmayə qoyuluşuna böyük əngəllər törədir və institusional diskriminasiya xarakteri daşıyır".
Dünya"Mossad" rəhbəri: "Düşmən sirlərinin mərkəzindən strateji məlumatlar əldə etdik"
"İsrail Müdafiə Qüvvələri (SAXAL) ilə birlikdə dövlətin strateji mövqeyi dəyişdirilib və gücü artırılıb".
DünyaMoskvada elit binanın tikintisində yanğın: Ölənlərin sayı artdı - VİDEO
Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində inşa edilən binada baş vermiş yanğın nəticəsində həyatını itirənlərin sayı beşə çatıb.
DünyaFransada muzeydən oğurlanan qızıl sikkələr Rusiyada aşkarlandı - FOTO
Rusiya Federal Gömrük Xidmətinin (FGX) əməkdaşları Fransanın Sen-Remi dövlət muzeyindən 53 milyon rubl dəyərində (təqribən 1.2 milyon manat - red.) qızıl sikkələr kolleksiyasını oğurlayan Fransa vətəndaşının əməlini ifşa ediblər.