
Nərimanovda qənnadı məmulatlarının emalı müəssisəsinin fəaliyyəti dayandırılıb - FOTO
Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 99/2 ünvanında yerləşən, fiziki şəxs Qoşqar Hidayət oğlu Aslanova məxsus unlu qənnadı məmulatlarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 99/2 ünvanında yerləşən, fiziki şəxs Qoşqar Hidayət oğlu Aslanova məxsus unlu qənnadı məmulatlarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, çarpaz çirklənmənin qarşısının alınması üçün şəraitin yaradılmadığı, havalandırma sisteminin qurulmadığı, avadanlıqların mütəmadi təmizlənmədiyi, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək - FOTO
"Azərbaycan - İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək".
CəmiyyətMay ayında 35 dərəcə isti olacaq
May ayına olan hava proqnozu açıqlanıb.
CəmiyyətSabirabadda iki kəndi birləşdirən körpü su altında qaldı
Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində Sabirabadda Ulacalı və Quruzma kəndlərini birləşdirən ponton körpü su altında qalıb.
CəmiyyətADY-də yeni şöbə müdiri təyin edildi - FOTO
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat olub.