
Gömrükdə yeni MƏHDUDİYYƏTLƏR: Malların saxlanma müddəti AZALDILIR
Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçiriləcək.
Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçiriləcək.
Gundem.today-ın məlumatına görə, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Malların müvəqqəti saxlanc anbarlarında qalma müddəti onların xüsusiyyətləri nəzərə alınmaqla gömrük orqanları tərəfindən bir aydan çox olmayan müddətdə müəyyən ediləcək.
Fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən artıq gətirilən və təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan qida məhsullarının müvəqqəti saxlanc anbarında yerləşdirilməsinə yol verilmir. Bu halda mallar şəxsin seçimi əsasında gömrük ərazisindən geri qaytarılmalı, yaxud gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə məhv edilməlidir.
Gömrük ərazisinə gətirilməsi qadağan edilən malları gömrük ərazisindən dərhal çıxarmaq mümkün olmadıqda, həmin malların müvəqqəti saxlanc anbarında saxlanc müddətinin son həddi üç sutkadır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatDeputat: "Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
"Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
İqtisadiyyat"Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbir keçirilib - FOTO
"Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbir keçirilib.
İqtisadiyyat"Duty free"də satışlara nəzarət artırılır - YENİ QAYDALAR
Rüsumsuz ticarət ("duty free") xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir.
İqtisadiyyatPirat malların gömrükdə aqibəti necə olacaq? - YENİ QƏRAR
Gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal gömrük ərazisindən geri aparılır və ya məhv edilə, yaxud onlardan dövlətin xeyrinə imtina olunacaq.