
Nəsimi rayonunda avtosalon məhəllə yolunu ZƏBT EDİB: "Qəza riski artır"
Bakının Nəsimi rayonunda yerləşən avtosalon sakinlərin həyətlərinə gedən yolda ciddi maneə yaradıb.
Bakının Nəsimi rayonunda yerləşən avtosalon sakinlərin həyətlərinə gedən yolda ciddi maneə yaradıb.
Bu barədə Gundem.today-a şikayət daxil olub.
Qeyd olunub ki, Hüseyn Seyidzadə və Rəşid Məmmədov küçələrinin kəsişməsində, məhəllənin girişində tikilmiş çoxmərtəbəli binanın altında fəaliyyət göstərən avtosalon ərazini, demək olar ki, tamamilə zəbt edib.
A post shared by Gundem.today (@oxuaz)
Sakinlərin sözlərinə görə, satışa çıxarılan avtomobillər məhəlləyə giriş-çıxışı ciddi şəkildə məhdudlaşdırıblar.
"Bura binaların həyətlərinə giriş və çıxış üçün nəzərdə tutulan dar, ikizolaqlı yoldur. Binanın altında avtosalon açılandan sonra o yoldan keçmək ciddi problem yaradır. Belə ki, satışda olan maşınlar yolun giriş hissəsində sağ zolaqda saxlanılır, əlavə olaraq salon əməkdaşlarının və müştərilərin avtomobilləri də ikinci zolaqda park edilir. Nəticədə, hərəkət üçün yalnız dar və təhlükəli bir zolaq qalır ki, bu da nəqliyyatın hərəkətini çətinləşdirir. Həyətdən əsas yola çıxış zamanı görünüş sahəsinin məhdud olması qəza riskini artırır, çünki sürücülərin baş yolla hərəkət edən avtomobilləri vaxtında görməsi mümkün deyil", - deyə şikayətdə vurğulanıb.
Məsələ ilə bağlı Gundem.today-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, artıq ərazidə müvafiq tədbirlər görülüb.
"Sözügedən şikayətlə bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən Nəsimi rayonu Rəşid Məmmədov küçəsində həyata keçirilən tədbirlər nəticəsində yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, eyni zamanda, sıxlığın yaranmasına səbəb olan nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb", - deyə T.Nəsirli bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakı Metropolitenində yeni təyinat - ÖZƏL
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat olub.
CəmiyyətDSX-nın Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri AÇIQLANDI
5 aprel 2026-cı il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.
CəmiyyətLənkəranda istehsal obyektində nöqsanlar aşkarlanıb - FOTO
Lənkəran rayonunun Şürük kəndində fəaliyyət göstərən, Əntiqə Qəhrəman qızı Rəhimovaya məxsus təndirxanada yoxlama keçirilib.
Cəmiyyət"Yüksəliş" beynəlxalq kontekstdə: Oxşar proqramlar fonunda milli modelin üstünlükləri
"Yüksəliş" müsabiqəsinin Azərbaycanın milli kadr ehtiyatının formalaşmasındakı rolu, fərdi inkişaf platformasının əsas xüsusiyyətləri və xarici ölkələrin idarəetmə modelləri ilə müqayisəli təhlili barədə məlumat.