
Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi
İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Hofman "Mossad" kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təsdiqlənib.
İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Hofman "Mossad" kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təsdiqlənib.
Gundem.today xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanası məlumat yayıb.
Aprelin 12-də R.Hofmanın namizədliyi yüksək vəzifələrə təyinatlar üzrə məsləhət komitəsi tərəfindən təsdiqlənib. Bundan sonra Netanyahu onun "Mossad" rəhbəri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Hofman 2026-cı il iyunun 2-dən vəzifəsinin icrasına başlayacaq.
Qeyd olunub ki, Netanyahu bu təyinat barədə 2025-ci ilin dekabrında məlumat verib və müxtəlif namizədlərlə keçirilən müsahibələrdən sonra Hofmanı "ən layiqli və uyğun namizəd" hesab edib.
O bu vəzifədə səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatan David Barneanı əvəz edəcək.
Roman Hofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb. 1995-ci ildə tank qoşunlarında xidmətə başlayıb, daha sonra zabit kurslarını bitirib və müxtəlif hərbi bölmələrə, o cümlədən diviziyaya rəhbərlik edib. 2022-ci ildə Quru Qoşunlarının Milli Təlim Mərkəzinin rəhbəri, 2024-cü ilin mayında isə Netanyahunun hərbi katibi vəzifəsində çalışıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSəudiyyə Ərəbistanı İraq səfirinə etiraz notası təqdim edib
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İraqın krallıqdakı səfiri Sufiya Talib əs-Suheylini ölkə ərazisinə və Fars körfəzi dövlətlərinə qarşı dron hücumları ilə əlaqədar nazirliyə çağırıb.
DünyaPezeşkian ABŞ ilə razılaşmanın mümkün olduğunu düşünür
İran Prezidenti Məsud Pezeşkian ABŞ hakimiyyəti ilə razılaşmanın mümkün olduğunu bəyan edib.
DünyaBöyük Britaniya Hörmüz boğazında ABŞ missiyasında iştirak etməyəcək
Böyük Britaniya ABŞ-nin Hörmüz boğazındakı hərbi missiyasında iştirak etməyəcək.
DünyaCHP-nin Ankara təşkilatının sədri həbs edilib
Türkiyədə CHP-nin Ankara təşkilatının sədri Ümit Erkol həbs edilib.