Son dəqiqə
Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASIWUF13 və AFFA-nın birgə seminarı keçirilibVahid indekslər siyahısı DƏYİŞDİ - Baş nazirdən yeni qərarİlon Maskın "Grok" çatbotu istifadəçilərə təhlükəli məsləhətlər verirNazirlər Kabinetindən fərdi istilik sistemlərinin quraşdırılması ilə bağlı QƏRARCinsiyyətini dəyişdirdiyi iddia edilən məşhur futbolçudan diqqətçəkən paylaşım - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "Norm" və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib - FOTO
"Norm" və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib - FOTO
Digər

"Norm" və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib - FOTO

Bu gün
14:46
0 baxış
Paylaş:

Aprel ayının 23-də qeyri-formal və informal təhsilin tanınması(QFİTT) istiqamətində "Norm" ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə "Norm" Ustalar Klubunun üzvü olan 30 usta sertifikasiya imtahanına cəlb olunub.

Aprel ayının 23-də qeyri-formal və informal təhsilin tanınması(QFİTT) istiqamətində "Norm" ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə "Norm" Ustalar Klubunun üzvü olan 30 usta sertifikasiya imtahanına cəlb olunub.

"Norm" ASC tərəfindən təşkil olunan biraylıq intensiv təlim proqramını uğurla başa vurmuş iştirakçılar QFİTT çərçivəsində TKTA tərəfindən "İnşaat ustası" peşə ixtisası üzrə qiymətləndirmənin birinci mərhələsində - nəzəri imtahanda iştirak ediblər. Nəzəri mərhələni uğurla tamamlayan namizədlərin qiymətləndirmənin ikinci mərhələsinə - praktik imtahana cəlb olunması nəzərdə tutulur.

Bu təşəbbüs QFİTT istiqamətində hər iki qurumun birgə həyata keçirdiyi ikinci layihədir. 2024-cü ildə icra edilmiş ilk layihədə nəzəri imtahandan müvəffəqiyyətlə keçərək praktik mərhələdə iştirak hüququ əldə etmiş 23 nəfər iştirakçıdan 21-i TKTA tərəfindən müvafiq peşə ixtisasını təsdiq edən rəsmi sənədlə təltif olunmuşdu.

Qeyd edək ki, "Norm" ASC ilə TKTA arasında QFİTT istiqamətində Anlaşma Memorandumu 2024-cü ildə imzalanıb. Bu tərəfdaşlıq çərçivəsində inşaat ustalarının bilik və bacarıqlarının qiymətləndirilməsi və rəsmi şəkildə tanınmasına yönəlmiş layihələrin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi inşaat ustalarının peşəkar inkişafını dəstəkləmək, onların dayanıqlı məşğulluq imkanlarını genişləndirmək və sosial rifahının yüksəldilməsinə töhfə verməkdir. "Norm" ASC bu kimi təşəbbüslərlə ustaların inkişafına dəstək olmaqla yanaşı, ümumilikdə ölkənin inşaat sektorunun inkişafına töhfə verməyi hədəfləyir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Norm_ASC#TKTA#Təhsildə_Keyfiyyət_Təminatı_Agentliyi#sertifikasiya_imtahanı#inşaat_ustası#qeyri-formal_təhsil#informal_təhsil#Norm_Ustalar_Klubu#peşə_ixtisası#tikinti_sektoru#qiymətləndirmə_layihəsi.

Oxşar Xəbərlər

"İDSchool" Antalyada keçirilən beynəlxalq robot olimpiadasında ölkəmizi təmsil edir - FOTODigər

"İDSchool" Antalyada keçirilən beynəlxalq robot olimpiadasında ölkəmizi təmsil edir - FOTO

Bakıda fəaliyyət göstərən, uşaqlar üçün İT tədris mərkəzi kimi tanınan "İDSchool" hazırda beynəlxalq arenada növbəti mühüm mərhələdə çıxış edir.

Bu gün
10:240
"BRAVO": 10 İlin ParıltısıDigər

"BRAVO": 10 İlin Parıltısı

"BRAVO" "10 İlin Parıltısı" adlı yubiley tədbiri təşkil edib. Tədbir "BRAVO" marketlər şəbəkəsinin 10 illik fəaliyyət yoluna, əldə etdiyi nailiyyətlərə və gələcək inkişaf hədəflərinə həsr edilib.

Bu gün
16:260
"Araz" supermarketlər şəbəkəsindən "Bir kitab, min dünya" təşəbbüsüDigər

"Araz" supermarketlər şəbəkəsindən "Bir kitab, min dünya" təşəbbüsü

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsinin 15 illik yubileyinə həsr olunmuş, 23 aprel - Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə "Bir kitab, min dünya" layihəsi çərçivəsində silsilə maarifləndirici və mədəni tədbirlər təşkil olunub.

Bu gün
15:440
İsmayıllıda lotereyada 100 000 manat udulduDigər

İsmayıllıda lotereyada 100 000 manat uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "Super Keno" tirajlı lotereyasında növbəti böyük uduş qeydə alınıb. 100 000 manatlıq böyük uduş İsmayıllı rayon sakini 27 yaşlı İzzət Ağaya qismət olub.

Bu gün
15:060