
Norveçdə yaşı 16-dan az olanların sosial şəbəkələrə girişi QADAĞAN EDİLİR
Norveç hökuməti bu ilin sonunadək 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən yeni qanun layihəsini parlamentə təqdim edəcək.
Norveç hökuməti bu ilin sonunadək 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən yeni qanun layihəsini parlamentə təqdim edəcək.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Biz bu qanun layihəsini irəli sürürük, çünki uşaqların öz dünyalarını yaşamasını istəyirik. Oyunlar, dostluq əlaqələri və gündəlik həyat alqoritmlər və ekranlar tərəfindən əvəz edilməməlidir. Bu, uşaqların rəqəmsal həyatının qorunması baxımından çox mühüm bir addımdır", -deyə Norveçin Baş naziri Yonas Qar Stere bildirib.
Hökumət konkret olaraq hansı tətbiqlərin qadağaya məruz qalacağını hələlik açıqlamayıb. Bununla belə, istifadəçilərin yaşının yoxlanılması məsuliyyətinin bilavasitə texnologiya şirkətlərinin üzərinə düşəcəyi məlumdur.
Qanun layihəsinin 2026-cı ilin sonuna qədər parlamentin müzakirəsinə çıxarılması planlaşdırılır.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Avstraliyada 16 yaşdan kiçik yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qüvvəyə minib. Qaydalara əsasən, platformalar bu yaşa çatmayan uşaqlar tərəfindən hesabların yaradılmasının və idarə olunmasının qarşısını alan xüsusi mexanizmlər tətbiq etməli idilər.
2026-cı ilin fevral ayında İspaniyanın baş naziri Pedro Sançes də 16 yaşa qədər yeniyetmələr üçün analoji qadağanın tətbiq edilməsi planlarını elan edib. Elə həmin ay Litva parlamentinin deputatı Dayva Ulbinayte yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışının qanunvericilik səviyyəsində məhdudlaşdırılmasını və yaşın yoxlanılması öhdəliyinin platformalara həvalə edilməsini təklif edib.
Fevralda "The Times" qəzeti Böyük Britaniyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin elə bu il qadağan oluna biləcəyi barədə məlumat yayıb. Ölkə rəhbərliyi gələn yay ictimai müzakirələr başa çatdıqdan dərhal sonra müvafiq məhdudiyyətləri tətbiq edəcəyinə söz verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNetanyahunun səhhəti ilə bağlı rəsmi açıqlama: İsrail lideri onkoloji xəstəlikdən müalicə alıb
İsrailin Baş naziri Benyamin Netanyahu onkoloji xəstəliyi uğurla məğlub edib. Ölkə liderində prostat vəzinin xərçəngi erkən mərhələdə aşkar edilib ki, bu da həkimlərə effektiv müalicə aparmağa şərait yaradıb.
DünyaABŞ-nin hərb nazirindən Hörmüzlə bağlı Avropaya SƏRT TƏNQİD
"ABŞ Hörmüz boğazı ilə bağlı vəziyyətin tənzimlənməsi məsələsində Avropaya güvənmir".
DünyaKeçmiş nazirdən xəbərdarlıq: "Pezeşkian, Qalibaf və Əraqçı öldürülə bilərlər!" - VİDEO
"Pakistan rəhbərliyinin ciddi səylərinə və ABŞ tərəfinin müzakirəyə hazır olmasına baxmayaraq, İran nümayəndə heyəti danışıqların ikinci raundu üçün İslamabada getməkdən imtina etdi. İran rəsmiləri bu imtinanı ABŞ-nin İrana qarşı dəniz blokadasını davam etdirməsi ilə əsaslandırdı. Lakin proseslər göstərir ki, bu, İran-ABŞ danışıqlarına mane olan yeganə səbəb deyil".
Dünyaİran danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərir?
İran danışıqlar aparmaq məqsədilə Pakistana öz nümayəndə heyətini yola salır.