
"Oğlum uşaqları gətirdi ki, Aysel xəstədir" - Arvadını boğaraq öldürən şəxsin atası məhkəmədə danışıb
Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən iclas şahid ifadələri ilə işini davam etdirib.
Salman Məmmədov şahid kimi ifadəsi zamanı qeyd edib ki, təqsirləndirilən qonşuluqda yaşayıb və normal münasibətləri olub.
"Hadisə vaxtı evdə yox idim, səhər saat 8-də oğlum zəng elədi ki, Ziyəddin yoldaşını boğub öldürüb. Sonradan qonşulardan eşitdim ki, Ziyəddin naqillə boğub yoldaşını".
İfadə verən digər şahid Seyfəddin Quliyev isə təqsirləndirilənin atası olduğunu deyib.
"Mənim gəlinim bacımın qızı olub. Ondan heç bir narazılığım olmayıb. Oğlum da ailəsi ilə normal dolanıb keçinirdi. 9 il evli olublar.
Hadisə baş verən gün Ziyəddin gəldi uşaqları gətirdi verdi bizə və dedi ki, "yoldaşım xəstədir". Sonra polislər gəldilər və onun bu hadisəni törətdiyini dedilər".
Məhkəmənin növbəti prosesi mayın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il aprelin 20-də Bakının Əhmədli qəsəbəsində baş verib.
Gənclər yataqxanasında yaşayan 25 yaşlı Aysel Qurbanovanın elektrik naqili ilə qəsdən boğularaq öldürülməsi barədə polisə məlumat verilib.
İlkin araşdırmalarla məlum olub ki, Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən 2 ay əvvəl Bakıya gəlib.
Ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ziyəddin Quliyev hadisədən sonra polisə təslim olub.
Onun barəsində CM-in (qəsdən adam öldürmə - xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalTaleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəməsi başlayıb.
KriminalVüsal Şilderin qətlini sifariş edən şəxs Azərbaycana GƏTİRİLDİ - FOTO
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da Azərbaycana ekstradisiyası həyata keçirilib.
KriminalDayısını qətlə yetirməkdə təqsirləndirilən şəxsdən xəbər var
Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
KriminalQayınata təpiklə vurub kürəkəninin bağırsağını partlatdı
Qusarda qayınata kürəkəninə təpiklə vuraraq ona ağır xəsarət yetirib.