
Qayınata təpiklə vurub kürəkəninin bağırsağını partlatdı
Qusarda qayınata kürəkəninə təpiklə vuraraq ona ağır xəsarət yetirib.
Qusarda qayınata kürəkəninə təpiklə vuraraq ona ağır xəsarət yetirib.
Gundem.today "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Atlıxan kəndində baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü Fərhad Hacımuradov (şərti) kürəkəni Vüsalın qarın nahiyəsinə təpiklə zərbə endirib. Nəticədə Vüsalın bağırsağı zədələnib. O, təcili xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Müəyyən edilib ki, 65 yaşlı kişi gecə 2 radələrində kürəkəninin Qusar rayonu Atlıxan kəndində yerləşən evinə gedib.
O, Vüsalın mütəmadi olaraq spirtli içki qəbul etməsi, qızı ilə heç bir əsaslı səbəb olmadan münaqişə yaratmasına görə öz iradını bildirib. Bu zaman kürəkən qayınatasını təhqir edib. Buna əsəbiləşən kişi qızının ərinin qarın nahiyəsinə qəsdən bir dəfə təpik zərbəsi vuraraq, sonuncuya qarının küt travması nəticəsində nazik bağırsağın cırılmasından baş vermiş irinli yayılmış peritonitdən sonrakı toksiki sepsis xəsarəti yetirib.
Bundan sonra F.Hacımuradov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Lakin qarşı tərəf şikayətçi olmayıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi kürəkənini vuran qayınataya şərti cəza verib, o, azadlıqda qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda kiberdələduzluq və narkotik cinayətlərində ittiham olunan dəstə hakim qarşısında
Kiberdələduzluq və narkotik maddələrin dövriyyəsi kimi cinayətlər törətməkdə şübhəli bilindiklərinə görə saxlanılan dəstə üzvləri - Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlı, Dmitri Fyodorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlının hakim qarşısına çıxarılıblar.
KriminalAzərbaycanda torpaqları dəyərindən ucuz satan vəzifəli şəxsə cinayət işi açılıb
Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
KriminalMəhkəmədə etiraf: "65 min manatı səhhətimə görə almışam"
Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər" MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birlikdə ittiham olunan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Kriminal"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı
Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.